Pleyeri seçin:

Qlobal təhlükəsizlik ön planda | Görüşün dünya nizamına təsiri nə olacaq? - Baku TV

19 noyabr 2026 123 baxış

Çində ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin üçtərəfli görüşü başa çatıb.

Danışıqlarda nüvə silahlarına nəzarət, Ukrayna müharibəsi və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşdən sonra konkret razılaşma açıqlanmayıb.

Politoloq Turab Rzayev hesab edir ki, görüşün əsas istiqamətlərindən biri nüvə silahlarına nəzarət məsələsidir.

Onun sözlərinə görə, ABŞ Çinin də bu prosesə qoşulmasında maraqlıdır, çünki Pekin nüvə arsenalını sürətlə genişləndirir:

“ABŞ istəyir ki, Çin də nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı danışıqlarda iştirak etsin. Vaşinqton Çinin nüvə imkanlarının artımının qarşısını almağa və bu prosesi nəzarətə götürməyə çalışır. Lakin Çin indiyədək belə razılaşmalardan yayınmağa üstünlük verib”.

T.Rzayevin fikrincə, Tramp, Putin və Si Cinpinin görüşünü yeni dünya nizamının formalaşması və dünyanın üç güc mərkəzi arasında bölüşdürülməsi kimi qiymətləndirmək hələ tezdir:

“Dünyanın üçə bölünməsi, ABŞ, Çin və Rusiyanın hər birinin öz təsir dairəsini müəyyənləşdirməsi barədə danışmaq üçün hələ tezdir. Avropa İttifaqı, Böyük Britaniya, Hindistan, Braziliya və digər mühüm güc mərkəzləri bu prosesdən kənarda qalıb. Onların iqtisadi, siyasi və hərbi maraqlarını nəzərə almadan yeni dünya nizamının formalaşması mümkün deyil”.

Banner
Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Ukraynanın gələcəyi və müharibənin taleyi ilə bağlı təmaslar intensivləşir - Baku TV CANLI

Dünya
19 noyabr 2026 123 baxış
Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Bir qətl, onlarla şübhəli və illərlə davam edən istintaq

Dünya
19 noyabr 2026 123 baxış
İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI

Dünya
19 noyabr 2026 123 baxış
Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Texnologiya səhmlərində satış dalğası | İnvestorlar nədən çəkinir? - Baku TV

Dünya
19 noyabr 2026 123 baxış
Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV

Dünya
19 noyabr 2026 123 baxış
“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

“Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!” - AKTUAL GÜNDƏM

Dünya
19 noyabr 2026 123 baxış
Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?

Dünya
19 noyabr 2026 123 baxış
Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Ya referenduma razı olacaqlar, ya da parlament buraxılacaq?

Dünya
19 noyabr 2026 123 baxış
Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Tərəflər bu görüşdən istədiklərini ala bildilərmi?

Dünya
19 noyabr 2026 123 baxış
Üçtərəfli zirvədə Ukrayna məsələsi | Müharibə necə bitəcək? - Baku TV CANLI

Üçtərəfli zirvədə Ukrayna məsələsi | Müharibə necə bitəcək? - Baku TV CANLI

Dünya
19 noyabr 2026 123 baxış
Seçilmişlər
icon