Aİ-nin qərarı rusiyalı biznesmenləri nəyə vadar etdi? – Sanksiyalardan qurtulmaq üçün…
Rusiyalı biznesmenlər Mixail Fridman və Piyotr Aven Avropa İttifaqının (Aİ) sanksiyalarından qurtulmaq üçün “Alfa-Bank” və “Alfa Sığorta”dakı paylarını satıblar. Alıcı onların biznes tərəfdaşı Andrey Kosoqorov olub.
Bu barədə “The Financial Times” məlumat yayıb.
Gələn məlumatlara görə, M.Fridman və P.Aven birlikdə “Alfa-Bank”ın 45 %-nə, “Alfa Sığorta”nın isə 42 %-nə sahib olublar. Hər iki şirkətin ümumi dəyəri təxminən 240 milyard rubl olaraq qiymətləndirilir. Saziş keçən ilin sonunda baş tutub və onun hazırlığı 2023-cü ildən aparılıb.
M.Fridman və P.Aven sanksiyalarla bağlı bir neçə dəfə məhkəməyə müraciət ediblər. 2023-cü ilin aprelində Avropa İttifaqı Məhkəməsi onların sanksiyaya məruz qalması ilə bağlı ilkin qərarı və ilk uzadılma qərarını ləğv etsə də, sonrakı sanksiya uzadılmaları qüvvədə qalmağa davam edir.
İş adamları ümid edirlər ki, bu satış onlara Aİ sanksiyalarından tamamilə azad olmağa kömək edəcək.
#Rusiya teqi istifadə olunub
- Dmitri Peskov İran münaqişəsinin həllindən danışdı
- Kremldən NATO və İran bəyanatı: Peskov mühüm məqamlara toxundu
- Paşinyanın Moskvada 1 aprel sınağı | Ermənistanda “soyuq savaş”ın ilk qığılcımları - Baku TV
- Putin və Paşinyan arasında görüş keçirildi | Nələr müzakirə olundu? - Baku TV
- “Köçəryanı ayaqyalın həbsxanaya atmaq lazımdır” | Ara Xudaverdyan
