Pleyeri seçin:
Avropa İttifaqına üzvlük İrəvana hansı problemlər yarada bilər?
“Ermənistanın Avropa İttifaqına daxil olması o deməkdir ki, o, Rusiya əleyhinə sanksiyalara qoşulmalı və Ukraynanı silahla təmin etməli olacaq”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Rəsmi İrəvana xəbərdarlıq edən S.Şoyqu deyib: “Ermənistan Avropa sanksiyalarına və Avropa İttifaqının hərbi-siyasi qərarlarına, o cümlədən bu cür alətlər çərçivəsində, məsələn, Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti və Avropa Sülh Fondunun qərarlarına qoşulmalı olacaq. Bu fond Ukraynanın Silahlı Qüvvələrinə maliyyə dəstəyi verir”.
Katib qeyd edib ki, Avropa İttifaqına mümkün qəbulunda Ermənistan nəinki iqtisadi problemlərlə üzləşəcək, həm də Rusiyaya qarşı sanksiyaların tətbiqinə qoşulmağa məcbur olacaq.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- "Bizim üçün adi vəziyyət deyil" - Ermənistan Prezidentindən Azərbaycanla bağlı açıqlama - Baku TV
- Sülhün gətirdiyi xoşbəxtlik | Dəyişən dünyada Azərbaycan | Zelenskidən xəbərdarlıq - YENİ BİR SƏHƏR
- İlham Əliyev qonşu ölkələrlə olan iqtisadi əməkdaşlıqdan danışdı - Baku TV
- Bu, olduqca böyük bir tarixi nailiyyətdir | İlham Əliyev - Baku TV
- Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur | Prezident - Baku TV
