Avropa İttifaqının Gürcüstana qarşı qərarında nələr qeyd olunub?
Avropa İttifaqı Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən dayandırılmasına qərar verib.
Qərarda insanların hüquq və azadlıqlarının qurum üçün prioritet olduğu qeyd olunub.
Bildirilib ki, Gürcüstandan olan diplomatlar və rəsmi şəxslərə digər vətəndaşlarla eyni viza müraciəti proseduru tətbiq ediləcək.
Bu qərar ölkənin Avropa İttifaqına üzvlüyü üzrə danışıqların 2028-ci ilədək dayandırılması, eləcə də hakimiyyətin dinc etirazçılar, siyasətçilər və müstəqil kütləvi informasiya vasitələrinə təzyiqləri ilə əsaslandırılıb.
Sənəddə göstərilib ki, qərarın təsir dairəsi İttifaqa üzv ölkələrdə keçiriləcək tədbirlərdə iştirakı gözlənilən dövlət rəsmiləri, parlamentin üzvləri, o cümlədən də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələrini əhatə edəcək.
Qeyd edək ki, yeni qərar Gürcüstanın Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin üzvlərinə də şamil olunur.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
