Pleyeri seçin:

Avropa Komissiyasının Prezidenti Rusiyanı hədələdi

09 dekabr 2025 433 baxış

Ukraynaya qarşı Rusiyanın müharibəsi nə qədər çox davam etsə, bu, Moskva üçün baha başa gələcək.

Bu, Londonda “istəklilər koalisiyası”nın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün yekunlarına dair Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bəyanatında yer alıb.

“Reparasiya krediti struktur baxımından çətin olsa da, Rusiya üçün müharibənin dəyərini artırmaq məqsədi daşıyır. Beləliklə, Putinin insan itkisinə səbəb olan və Ukraynanın infrastrukturunu dağıdan müharibəni davam etdirməsi Rusiyaya baha başa gələcək”, – deyə o bildirib.

Ursula fon der Lyayenin sözlərinə görə, Avropanın müdafiəsi qitənin öz cavabdehliyidir. Bu səbəbdən müdafiə hazırlığı üçün yol xəritəsi və ümumi layihələrin hazırlanması istiqamətində operativ iş görülür. “Ukrayna Avropa İttifaqına üzv ölkələrin SAFE üzrə 19 planından 15-nə daxil edilib. Söhbət ancaq puldan getmir, Ukrayna döyüş meydanından ağır dərs çıxarır. Biz də onunla birgə öyrənirik. Müdafiə sənayesi bazamızın inteqrasiyası ilə bu gün və sabah üçün güclü təməl yaradırıq”, – deyə Lyayenin bəyanatında bildirilib.

“Hamımız anlayırıq ki, risk altına qoyulan çox şey var və bilirik ki, daha artıq gecikmək olmaz. Maliyyə dəstəyinin təmin edilməsi Ukraynanın davamlılığını təmin etməyə kömək edəcək və Avropanın müdafiəsini təmin etməyin mühüm hissəsidir”, – deyə bəyanatda qeyd olunub.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, o, “istəklilər koalisiya”nın iştirakçılarını iki əsas addım barədə məlumatlandırıb:

“Ukraynaya dəstək və Avropanın müdafiə hazırlığının artırılması. Avropa müttəfiqləri ilə birlikdə Rusiyaya təzyiqi gücləndirmək üçün vasitələrə və qətiyyətə malikdir ki, onu danışıqlar masasına oturtsun”.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 433 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 433 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 433 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 433 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 433 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 433 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 433 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 433 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 433 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 433 baxış
Seçilmişlər
icon