Pleyeri seçin:

Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlib

09 dekabr 2025 312 baxış

Avropa ölkələri Rusiyanın suveren aktivlərinin müsadirə edilməsi ilə bağlı razılaşmanın elan edilməsinə yaxındırlar.

Bu barədə hökumət mənbələri "The Times" nəşrinə bildiriblər.

Mənbələrin sözlərinə görə, qərar bu həftə və ya gələn həftə elan edilə bilər.

Nəşrin məlumatına görə, məsələ Londonda Böyük Britaniya Kabinetinin rəhbəri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub. Mənbələr iddia ediblər ki, razılaşma son mərhələdədir.

Sxem dondurulmuş Rusiya vəsaitlərindən istifadə edilməklə Kiyevə 100 milyard funt sterlinq ayrılmasını nəzərdə tutur. Pulların hərbi dəstək və infrastrukturun bərpasına yönəldilməsi planlaşdırılır.

Böyük Britaniya 8 milyard funt sterlinqə bərabər aktivləri təqdim etmək niyyətindədir.

Avropa Komissiyası dekabrın 18-19-da keçiriləcək sammitdə təxminən 210 milyard avro məbləğində müsadirə üzrə təsdiq almağa ümid edir. Bu vəsaitlərin böyük hissəsi Belçikadakı "Euroclear" platformasında bloklanıb. Brüssel Moskvanın cavab tədbirləri halında kompensasiya zəmanəti tələb edən Belçikanın özünün müqaviməti ilə üzləşir.

Rusiya tərəfi artıq potensial nəticələr barədə xəbərdarlıq edib. Rusiyanın Belçikadakı səfiri Denis Qonçarın sözlərinə görə, istənilən müsadirə sxemi oğurluq hesab ediləcək və dərhal cavab tədbirləri görüləcək.

ABŞ-nin Hörmüz boğazını blokadaya almasına etirazlar

ABŞ-nin Hörmüz boğazını blokadaya almasına etirazlar

Dünya
14 aprel 2026 312 baxış
Avropa İttifaqı 27 şərt irəli sürdü

Avropa İttifaqı 27 şərt irəli sürdü

Dünya
14 aprel 2026 312 baxış
Anqolada daşqınlar həyatı iflic edib

Anqolada daşqınlar həyatı iflic edib

Dünya
14 aprel 2026 312 baxış
Yerə yaxınlaşan 40 min asteroid aşkarlanıb

Yerə yaxınlaşan 40 min asteroid aşkarlanıb

Dünya
14 aprel 2026 312 baxış
Risk qrupuna daxil olan şəxslərdə xəstəlik ağır keçə bilər

Risk qrupuna daxil olan şəxslərdə xəstəlik ağır keçə bilər

Dünya
14 aprel 2026 312 baxış
Yer kürəsinin əhalisi planetin tutumunu aşmağa başlayıb

Yer kürəsinin əhalisi planetin tutumunu aşmağa başlayıb

Dünya
14 aprel 2026 312 baxış
Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək

Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək

Dünya
14 aprel 2026 312 baxış
Macarıstan üçün seçim: Türk dünyası ilə davam, yoxsa dönüş? | İrandan ABŞ-yə mesaj - YENİ BİR SƏHƏR

Macarıstan üçün seçim: Türk dünyası ilə davam, yoxsa dönüş? | İrandan ABŞ-yə mesaj - YENİ BİR SƏHƏR

Dünya
14 aprel 2026 312 baxış
XİN liderləri nəyi müzakirə etdilər? - Baku TV

XİN liderləri nəyi müzakirə etdilər? - Baku TV

Dünya
14 aprel 2026 312 baxış
ABŞ-İran arasındakı qarşıdurma daha da təhlükəli mərhələyə keçib - Baku TV

ABŞ-İran arasındakı qarşıdurma daha da təhlükəli mərhələyə keçib - Baku TV

Dünya
14 aprel 2026 312 baxış
Seçilmişlər
icon