Pleyeri seçin:

Avropa orduları yeni müharibəyə hazır deyil? - Artan təhlükənin pərdəarxası - HƏRBİ XRONİKA

06 iyul 2026 49 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Avropa ordularının üzləşdiyi yeni hərbi-texnoloji çağırışlar və bu təhlükələrə cavab üçün vahid mexanizmin yaradılması zərurəti təhlil olunub.

Bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini, Britaniya Kral Hərbi Hava Qüvvələrinin aviasiya baş marşalı Ser Conni Stringer Avropa orduları üçün əsas prioritetlər sırasında ucuz və kütləvi istehsal olunan dronları, interseptorları, dərinlikdə dəqiq zərbə imkanlarını, radioelektron mübarizəni və uzaqmənzilli raketlərə qarşı hava hücumundan müdafiəni qeyd edib.

Vurğulanıb ki, Avropada güclü ordular, inkişaf etmiş müdafiə sənayesi və böyük maliyyə imkanları olsa da, bu resursları vahid əməliyyat planı əsasında birləşdirən sürətli qərar mexanizmi hələ formalaşmayıb. “Vahid Avropa Ordusu” ideyası illərdir müzakirə edilsə də, suverenlik, maliyyə bölgüsü, müdafiə sifarişləri və komandanlıq məsələləri bu prosesə mane olur.

Qeyd olunub ki, müasir müharibələrdə yalnız bahalı tank, qırıcı və raketlərə arxalanmaq kifayət etmir. Kütləvi istehsal olunan kiçik zərbə və müşahidə vasitələri döyüşə daha tez cəlb olunur, itkilər operativ əvəzlənir və rəqibin müdafiəsi fasiləsiz yüklənir. Dərinlikdə dəqiq zərbənin effektivliyi isə hədəfin vaxtında aşkarlanması, koordinatların təsdiqi və zərbə vasitəsinin gecikmədən yönləndirilməsindən asılıdır.

Diqqətə çatdırılıb ki, radioelektron mübarizə, hava hücumundan müdafiə və rəqəmsal hədəfləmə sistemləri yeni döyüş reallığında həlledici rol oynayır.

#Avropa orduları teqi istifadə olunub

Serbiyanın daxili işlər naziri ittihamlara aydınlıq gətirdi

Serbiyanın daxili işlər naziri ittihamlara aydınlıq gətirdi

Dünya
10 iyul 2026 49 baxış
Əraqçidən ABŞ-yə savaşa hazırlıq mesajı | "Yeni zərbələr cavabsız qalmayacaq"  - Baku TV

Əraqçidən ABŞ-yə savaşa hazırlıq mesajı | "Yeni zərbələr cavabsız qalmayacaq" - Baku TV

Dünya
10 iyul 2026 49 baxış
İordaniyadakı hərbi obyektə 10 ballistik raket atılıb

İordaniyadakı hərbi obyektə 10 ballistik raket atılıb

Dünya
10 iyul 2026 49 baxış
Çərçivə sazişinin şərtlərinin faktiki icrası planlaşdırılır

Çərçivə sazişinin şərtlərinin faktiki icrası planlaşdırılır

Dünya
10 iyul 2026 49 baxış
Yaxın Şərq və Hörmüz boğazında gərginlik müzakirə olundu

Yaxın Şərq və Hörmüz boğazında gərginlik müzakirə olundu

Dünya
10 iyul 2026 49 baxış
Krasnodardan Rostova qədər neft obyektləri alova büründü - Baku TV CANLI

Krasnodardan Rostova qədər neft obyektləri alova büründü - Baku TV CANLI

Dünya
10 iyul 2026 49 baxış
Yaxın Şərqdə gərginlik artır | İranda 170-dən çox hədəf vuruldu - Baku TV

Yaxın Şərqdə gərginlik artır | İranda 170-dən çox hədəf vuruldu - Baku TV

Dünya
10 iyul 2026 49 baxış
“Yaxın günlərdə ABŞ-dən “PAC-3” raketləri alacağıq” | Zelenski - Baku TV

“Yaxın günlərdə ABŞ-dən “PAC-3” raketləri alacağıq” | Zelenski - Baku TV

Dünya
10 iyul 2026 49 baxış
ABŞ Ukraynaya icazə verdi: Putinin planları pozuldu? - Baku TV CANLI

ABŞ Ukraynaya icazə verdi: Putinin planları pozuldu? - Baku TV CANLI

Dünya
10 iyul 2026 49 baxış
Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatdı - Baku TV

Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatdı - Baku TV

Dünya
10 iyul 2026 49 baxış
Seçilmişlər
icon