Dünya
Pleyeri seçin:
Avtomobildən külli miqdarda qiymətli metal aşkarlanaraq götürülüb
Ermənistandan Gürcüstana külli miqdarda qızılın qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Belə ki, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata əsasən, gömrük qurumunun əməkdaşları yaranmış şübhələr əsasında xarici ölkə vətəndaşının avtomobilinə baxış keçiriblər.
Bu zaman gömrük dəyəri 42 min lari, təxminən 16 min ABŞ dolları olan bəyan edilməyən yarım kiloqrama yaxın (417,17 qram) qızıl zinət əşyaları aşkarlanıb.
Götürülən qızıllar maddi sübut kimi Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verilib.
Kopyalandı
Seçilmişlər