Pleyeri seçin:

Baş nazirdən Mirzoyana sərt sözlər | Öz işinizlə məşğul olun!

22 avqust 2024 569 baxış

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə növbəti dəfə toplanıb.

İclasda ölkədə heyvandarlığın inkişaf etdirilməsi məsələsinin müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyan da təkliflə çıxış edib.

Baş diplomatın lazımi heyvan növlərinin alınıb, sonra isə yarı qiymətə kəndliyə satılması ilə bağlı irəli sürdüyü təklifinə N.Paşinyan gülərək cavab verib.

Baş nazir çıxışında həmçinin ölkədəki heyvandarlığın səviyyəsindən də şikayət edib:

"Cənab A.Mirzoyan, bəs dövlət o qədər heyvanı alıb, harada saxlayacaq? Bu nə vaxta qədər davam edəcək? Onların yarısı öləcək. Yəni dövlət bir həftəlik də olsa, heyvandarlıqla məşğul olmalıdır. Bunu kim edəcək? Xarici İşlər Nazirliyi bizi əmin edir ki, heyvandarlıqla məşğul olacaq? Yox, siz öz işinizdə daha yaxşısınız. Buna görə də yaxşı olar ki, öz işinizlə məşğul olun.

Heyvandarlığa gəldikdə isə deyə bilərəm ki, qoyunçuluq ən gəlirli sahələrdəndir. Lakin araşdırmalar göstərir ki, insanlar qoyunu xaricdən alırlar. Mən kəndlərin birində idim, oradakılar etiraf etdilər ki, quzu ixracı ən gəlirli sahələrdəndir. Amma sürünün artmamasının səbəbini soruşanda mənim üçün gözlənilməz olan bir cavab eşitdim. Dedilər ki, çoban problemi var. Çoban tapa bilmirlər”.

Məlumat üçün bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 22-də Ararat bölgəsinə səfər edib. O, səfəri zamanı Lusaratda qəfil dayanıb və kənd sakinləri ilə problemləri və onların həlli yollarını müzakirə edib.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 569 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 569 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 569 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 569 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 569 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 569 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 569 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 569 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 569 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 569 baxış
Seçilmişlər
icon