Pleyeri seçin:

Başqa planetdə həyat var? - Bu qeyri-adi planet Yerə elə yaxındır ki...

11 fevral 2025 495 baxış

Beynəlxalq alimlər qrupu planetimizdən 20 işıq ili uzaqlıqda, öz ulduzu ətrafında fırlanan ekzoplanetdə həyat olduğunu düşünürlər.

“HD 20794 d” adlı super-Yer ekzoplaneti, yaxud yeni dünyanın kəşfi Çilidə HARPS və ESPRESSO spektroqraflarından istifadə edərək 20 ildən çox aparılan müşahidələrin nəticəsidir.

Astronomlar ilk dəfə 2022-ci ildə arxiv məlumatlarını təhlil edərkən planetin siqnalını aşkar ediblər. Bununla belə, cavabın zəifliyi səbəbindən illərlə təhlil aparılıb.

“HD 20794 d” elliptik orbitə malikdir, bu da onun ulduzdan məsafəsinin bir il ərzində əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olur. Bu, planeti tədqiqat üçün unikal obyektə çevirir.

Həyatın mümkünlüyü haqqında danışmaq hələ tez olsa da, planetin Yerə yaxınlığı onu ekzoplanetlərin atmosferlərində bioimzaların axtarışını həyata keçirəcək missiyalar üçün perspektivli hədəfə çevirir.

“HD 20794 d”ni ilk dəfə 2022-ci ildə görən Oksford Universitetindən Maykl Kretinyer bildirib ki, bu tapıntı böyük sevinc və rahatlıqdır, çünki siqnal aşkarlanmağa çox yaxın idi. Alimlər ümid edirlər ki, gələcək tədqiqatlar bu qeyri-adi planetin sirlərini açmağa kömək edəcək.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 495 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 495 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 495 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 495 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 495 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 495 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 495 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 495 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 495 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 495 baxış
Seçilmişlər
icon