Pleyeri seçin:

Karbonla zəngin yeni dünyalar kainat haqqında təsəvvürləri dəyişə bilər

10 sentyabr 2026 194 baxış

Süd Yolu qalaktikasında yerləşən ekzoplanetlər quruluşu və kimyəvi tərkibinə görə bir-birindən ciddi şəkildə fərqlənir.

Alimlərin sözlərinə görə, bu planetlər arasında Yerə bənzər, dəmir və silikatlardan təşkil olunan səmavi cisimlərlə yanaşı, tamamilə fərqli quruluşa malik dünyalar da mövcuddur.

Bəzi ekzoplanetlərin Uran və Neptun kimi əsasən buzlardan, digərlərinin isə Yupiter və Saturnda olduğu kimi hidrogen və heliumdan təşkil olunduğu ehtimal edilir.

Bundan başqa, Süd Yolunda səthi qlobal okeanlarla örtülmüş və tərkibinin təxminən yarısı su, yarısı isə dağ süxurlarından ibarət “okeanidlər”in olduğu da müəyyənləşib.

Tədqiqatçılar Günəş sistemindəki planetlərdən daha fərqli və qeyri-adi kimyəvi quruluşa malik ekzoplanetlərin də mövcud ola biləcəyini düşünürlər.

Ehtimala görə, bəzi belə dünyalar karbonla zəngin ola və onların tərkibində Yer planetindəki silikatlardan fərqli olaraq karbid birləşmələri üstünlük təşkil edə bilər.

Alimlər bildirirlər ki, ekzoplanetlərin kütləsi, ölçüləri və temperaturu ilə yanaşı, kimyəvi tərkibinin öyrənilməsi də onların necə formalaşdığını və hansı xüsusiyyətlərə malik olduğunu anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 194 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 194 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 194 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 194 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 194 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 194 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 194 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 194 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 194 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 194 baxış
Seçilmişlər
icon