Bayden Qəzzaya qoşun göndərir | Orduya əmr verildi
“ABŞ Ordusu müvəqqəti olaraq Qəzzaya göndərilir”.
Belə bir açıqlama ilə Ağ Ev rəhbəri Cozef Bayden çıxış edib. Məlumat üçün bildirək ki, bununla bağlı artıq orduya əmr də verilib.
“Mən ABŞ Ordusuna Qəzza yaxınlığında, Aralıq dənizi sahilində qida, su və müvəqqəti sığınacaq daşıyan böyük gəmilərin qəbul edilməsini asanlaşdırması məqsədilə ərazidə müvəqqəti körpü yaratması missiyasına rəhbərlik etməyi əmr edirəm. ABŞ qoşunları orada olmayacaq.
Bu müvəqqəti körpü hər gün Qəzzaya daxil olan humanitar yardımın miqdarını kütləvi şəkildə artırmağa imkan verəcək. Lakin İsrail də üzərinə düşən borcu yerinə yetirməlidir. İsrail Qəzzaya daha çox humanitar yardımın göndərilməsinə icazə verməli və işçilərin təhlükəsizliyini təmin etməlidir”, – C.Bayden bildirib.
Xatırladaq ki, C.Baydenin sözügedən açıqlaması insanlarda təşvişə səbəb olub. Sosial şəbəkə istifadəçiləri liderin humanitar yardım adı altında Qəzzaya qoşun yeridəcəyini və orada öz hakimiyyətini quracağını iddia edirlər.