Pleyeri seçin:

Bilyard həvəsi italyan mafiyasının "xaç atası"nı ələ verdi | Dəhşətli detallar açıqlandı

22 oktyabr 2024 196 baxış

Kolumbiya polisi, Avropol və İtaliya karabinerlərinin altı aydan çox davam edən genişmiqyaslı birgə əməliyyatı nəticəsində dünyanın ən çox axtarılan narkotik tacirlərindən biri – "Hermes" ləqəbli italiyalı Qustavo Noçella Medellin şəhərində saxlanılıb. O, sevimli bilyard masasına görə aşkar edilib.

RBK-nın verdiyi məlumata görə, bu barədə Kolumbiyanın milli polis rəisi Uilyam Rene Salamanka Ramires məlumat verib.

İtalyan narkotacirin saxlanması əməliyyatı "Minerva" adlandırılıb və altı aydan çox davam edib.

"Bilyard masası növbəti İtaliya mafiyasının "xaç atası"nı ələ verdi! Biz Medellində dünyanın ən çox axtarılan narkobaronlarından biri olan italiyalı Qustavo Noçellanı tutduq", – deyə R.S.Ramires özünün sosial şəbəkə hesabında yazıb.

O, bilyard masasının "Hermes"in tutulmasına necə kömək etdiyini dəqiqləşdirməyib.

Lakin "Associated Press" öz mənbələrinə istinadla əməliyyat barədə məlumat əldə edə bilib. Bildirilib ki, narkobaron polisdən gizlənmək üçün hər üç aydan bir kirayə mənzillərini dəyişirdi, lakin hüquq-mühafizə orqanları onun hər yaşayış yerinə eyni bilyard masasını apardığını müşahidə ediblər.

Xüsusi xidmət orqanları masanın hərəkətini izləyərək "Hermes"in yeni yaşayış yerini tapıblar. Narkobaron Kolumbiyanın Medellin şəhərinin ən prestijli rayonlarından biri olan "El Poblado"da lüks mənzildə saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, o, İtaliya mafiya klanları ilə Cənubi Amerika kartelləri, xüsusən də Kolumbiya kartelləri arasında əsas əlaqələndirici olub və kokain tədarükünü Kolumbiyadan gəmi və yelkənli qayıqlarla Amsterdama, daha sonra isə Neapola daşınmasını koordinasiya edib.

Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Oman görüşü nələri dəyişəcək? | İran və ABŞ niyə razılığa gələ bilmir? - Baku TV CANLI

Dünya
07 fevral 2026 196 baxış
“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

“Artıq Fransa və Almaniya da meydana çıxır!” | Ukraynada seçkilər təxirə düşəcək? - Baku TV

Dünya
07 fevral 2026 196 baxış
Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Bu təhlükə ABŞ-ni hərəkətə keçirdi! | İlk dəfədir ki, ABŞ və Rusiya arasında... - Baku TV

Dünya
07 fevral 2026 196 baxış
İsrail Qəzzada yaşayış binasını vurdu

İsrail Qəzzada yaşayış binasını vurdu

Dünya
07 fevral 2026 196 baxış
İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimindən görüntülər

Dünya
07 fevral 2026 196 baxış
İtaliyadakı etiraz aksiyasından görüntülər

İtaliyadakı etiraz aksiyasından görüntülər

Dünya
07 fevral 2026 196 baxış
Kataloniyalı fermerlərdən Aİ-Merkosur müqaviləsinə etiraz

Kataloniyalı fermerlərdən Aİ-Merkosur müqaviləsinə etiraz

Dünya
07 fevral 2026 196 baxış
Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi məsələsini qaldırıb?

Rusiya Ukrayna Ordusunun sayının dəyişdirilməsi məsələsini qaldırıb?

Dünya
07 fevral 2026 196 baxış
Mərakeşdə daşqınlar insanların həyatını alt-üst etdi

Mərakeşdə daşqınlar insanların həyatını alt-üst etdi

Dünya
07 fevral 2026 196 baxış
Pekin nüvə sınağı ilə bağlı ittihamları rədd edir

Pekin nüvə sınağı ilə bağlı ittihamları rədd edir

Dünya
07 fevral 2026 196 baxış
Seçilmişlər
icon