Boş-boş danışmayın! | İranın ali rəhbərindən ABŞ-yə sərt sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə hazırda aparılan danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşdığını dilə gətirib.
O bildirib ki, hələ mərhum prezident İbrahim Rəisinin dövründə İran və ABŞ arasında vasitəçilərin iştirakı ilə danışıqlar baş tutub, amma fayda verməyib. Hadisələrin necə inkişaf edəcəyi məlum deyil:
“İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etmək böyük səhvdir. Qarşı tərəfə xəbərdarlıq etmək istəyirəm. Vasitəçilərin köməyi ilə danışıqlarda iştirak edən ABŞ nümayəndələri, çalışın, boş-boş danışmayın. İrana uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyət qoya bilməzsiniz. Bizə heç kəsin icazəsi lazım deyil. Tehranın nüvə enerjisi proqramı tamamilə dinc məqsədlər daşıyır”.
Xatırladaq ki, ABŞ və İran arasında danışıqların beşinci raundunun mayın 24-ü və 25-də Romada keçirilməsi gözlənilir.
#İran teqi istifadə olunub
- Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Körfəzdə növbəti insident: İran qüvvələri Amerika PUA-sını zərərsizləşdirdi - Baku TV
