Pleyeri seçin:

Böyük Britaniya bu xəbərlə silkələndi | Kralın iqamətgahında dəhşətli anlar

19 noyabr 2024 264 baxış

Böyük Britaniyada naməlum şəxslər III Çarlzın iqamətgahının ərazisinə daxil olaraq “İsuzu” markalı pikap və qırmızı rəngli kvadrosikl oğurlayıblar.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 13-də Vindzor qəsrində baş verib, lakin polis quldurluğu bazar günü, noyabrın 17-də təsdiqləyib. Naməlum maskalı basqınçılar iqamətgahın iki metrlik hasarını aşıb, texnikanın yerləşdiyi əraziyə daxil olub və orada gözdən itiblər.

Nəşrin mənbəsinin bildirdiyinə görə, onlar iqamətgahın mühafizə olunan darvazasını sındırmaq üçün pikapdan istifadə ediblər.

“Onlar çox güman ki, oğurluqdan əvvəl avtomobillərin harada saxlandığını bilirdilər. Necə və nə vaxt gizlənməyin daha yaxşı olduğunu da bilirdilər. Cinayətkarlar yəqin ki, bir müddətdir ki, Vindzor qəsrini izləyirdilər”, – deyə bir insayder “The Sun”a bildirib.

Bundan başqa, məlum olub ki, basqın zamanı Kral III Çarlzın böyük oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton və onların uşaqları Vindzor qəsrindən beş dəqiqəlik məsafədə yerləşən Adelaide kottecində olublar. Xərçəng xəstəliyinə tutulmuş Kralın özü o zaman Şotlandiyada, Kraliça Kamilla isə Hindistanda kurortda olub.

Cinayətkarlar hələ də tutulmayıb, araşdırma aparılır.

“The Sun” qeyd edib ki, oktyabr ayından kral iqamətgahının ərazisi hərbçilər tərəfindən qorunur. Noyabrın 17-də silahlı mühafizəçilər çıxarılıb.

İranda xəstələr dərman axtarır | Xəstəxanalar, apteklər çıxış yolunu nədə görür? - Baku TV

İranda xəstələr dərman axtarır | Xəstəxanalar, apteklər çıxış yolunu nədə görür? - Baku TV

Dünya
24 aprel 2026 264 baxış
"Hizbullah"a məxsus obyektlərə aviazərbələr endirilib

"Hizbullah"a məxsus obyektlərə aviazərbələr endirilib

Dünya
24 aprel 2026 264 baxış
Tehran boğazı gəlir mənbəyinə çevirərək qaydaları dəyişamək istəyir - Baku TV

Tehran boğazı gəlir mənbəyinə çevirərək qaydaları dəyişamək istəyir - Baku TV

Dünya
24 aprel 2026 264 baxış
ABŞ-İran diplomatik təmasları yeni mərhələyə keçir?

ABŞ-İran diplomatik təmasları yeni mərhələyə keçir?

Dünya
24 aprel 2026 264 baxış
Ukraynada əhalinin kütləvi silahlandırılması həyata keçiriləcək? - Baku TV

Ukraynada əhalinin kütləvi silahlandırılması həyata keçiriləcək? - Baku TV

Dünya
24 aprel 2026 264 baxış
İranın vitse-prezidenti: “Danışıqlarda güzəşt olmayacaq”

İranın vitse-prezidenti: “Danışıqlarda güzəşt olmayacaq”

Dünya
24 aprel 2026 264 baxış
Türkiyədə saatda 225 kilometrlə gedən milli elektrikli qatar

Türkiyədə saatda 225 kilometrlə gedən milli elektrikli qatar

Dünya
24 aprel 2026 264 baxış
Ərdoğandan yeni güc mesajı

Ərdoğandan yeni güc mesajı

Dünya
24 aprel 2026 264 baxış
Dünyanı narahat edən addım: ABŞ üç nəhəng donanmanı hərəkətə keçirdi - ANA XƏBƏR

Dünyanı narahat edən addım: ABŞ üç nəhəng donanmanı hərəkətə keçirdi - ANA XƏBƏR

Dünya
24 aprel 2026 264 baxış
Səkkiz ildir içki içmir, amma sərxoşdur

Səkkiz ildir içki içmir, amma sərxoşdur

Dünya
24 aprel 2026 264 baxış
Seçilmişlər
icon