Britaniya gizli yeni sensor hazırladı | Qurğunun ağlasığmaz özəllikləri açıqlandı
Britaniya Kral Donanması Rusiyaya məxsus sualtı qayıqları izləmək üçün süni intellekt texnologiyasına əsaslanan yeni, gizli sensor silahına malikdir.
Bu sistem əvvəllər balinaları izləmək məqsədilə hazırlanıb, lakin indi Britaniya sularını qorumaq üçün dəniz dronlarında tətbiq olunmağa başlayıb.
Bu barədə “The Times” nəşri yazır.
“Lura” adlı mini sualtı qayıqlarda xüsusi sensorlar quraşdırılıb. Onlar okeandakı obyektləri “görünən” edir, yəni sualtı təhdidləri əvvəlcədən aşkarlamağa imkan yaradır. Qurğu sükansız və səssiz şəkildə üç aya qədər su altında qala bilir. Süni intellekt vasitəsilə sualtı səsləri analiz olunur.
Sistem eyni tip gəmiləri belə cüzi fərqlərlə ayırd edə bilir. “Lura” sualtı qayıqları, tankerləri, sərnişin gəmilərini, eləcə də sanksiyalardan yayınmağa çalışan “kölgə donanması”na məxsus Rusiya tankerlərini avtomatik olaraq akustik imzalarına görə təsnif edir.
#Böyük Britaniya teqi istifadə olunub
- Almaniya və Britaniyanın Ukraynaya hərbi dəstəyi davam edir
- Riçard Nayton Rusiyanın sürətlə güclənən hərbi qüvvələrindən narahat olduğunu bildirib
- Ukraynaya növbəti dəstək | Britaniya və Belçika Baş nazirlərindən açıqlamalar - Baku TV
- Britaniya hökuməti əhalini müharibəyə hazırlayır
- Böyük Britaniyada muzeydən oğurluq edildi
