Pleyeri seçin:

Brüsseldə gizli razılaşma | Ruslara qarşı proses başladıldı

09 aprel 2024 330 baxış

Aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşdə gizli müqavilələr imzalanıb.

Bu barədə “Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, erməni Baş nazir Nikol Paşinyan Brüsseldən qayıdandan sonra hakim partiyanın deputatları ilə görüşməyib, əvəzində həftəsonu ailəsi ilə istirahət edib.

“Lakin xəbərləri komanda yoldaşlarına çatdırıb. Məsələ ondadır ki, Ermənistana 4 il ərzində 330 milyonluq ümumi dəstək aysberqin görünən tərəfidir. Dərin proseslərin getdiyi, xüsusilə müdafiə sahəsinə investisiyaların qoyulması və dəstəyin verilməsi üzrə razılaşmaların əldə edildiyi haqda məlumatlar var. Bu razılaşmalar da ilkin şərtlərsiz olmayacaq”, – nəşr mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, Ermənistanın hakim komandasında dərin narazılıqlar var: “Paşinyan aylardır komanda yoldaşlarını Avropaya səfər gündəmi ilə məşğul edib. Bildirib ki, Avropa Birliyində Ermənistanı səbrsizliklə gözləyirlər, Rusiyaya qarşı sərt siyasətin səbəbi də budur, lakin Brüsseldəki görüş başqa şeyi göstərdi. Hakimiyyətdə müzakirələr gedir ki, hökuməti və ordunu, eləcə də Rusiyanın nüfuzlu fiqurlarını “təmizləmək” şərti var və Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər.

Dünən məlum oldu ki, müdafiə naziri islahatlara başlayıb, bunlardan biri də ordunun yeni nizamnaməsinin dəyişikliyidir. Dəyişikliklər arasında “Ura” sözünün “Yaşasın” sözü ilə əvəzlənməsi var, çünki “Ura” sözü sovet ordusundan miras qalıb və Rusiya ordusuna aiddir”.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 330 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 330 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 330 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 330 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 330 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 330 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 330 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 330 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 330 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 330 baxış
Seçilmişlər
icon