Pleyeri seçin:

Əbu-Dabidə danışıqlar başa çatıb

24 yanvar 2026 3 baxış

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın üçtərəfli işçi qrupu arasında danışıqlar başa çatıb.

Bu barədə "Reuters" xəbər yayıb.

Tərəflər danışıqları yanvarın 24-də davam etdirmək barədə razılığa gəliblər.

“Biz davam etməyə razıyıq, heç kim qapını çırpmır”, – deyə mənbə bildirib.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır.

“Ukrayna, ABŞ və Rusiya nümayəndələri Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Rusiya-Ukrayna münaqişəsinin bitməsi üçün parametrləri müzakirə ediblər”. Ukrayna lideri Volodimir Zelenski bunu “Telegram” kanalındakı açıqlamasında bildirib.

“Ukrayna nümayəndələri mənə demək olar ki, hər saat hesabat verirlər. Hazırda onlar Əmirliklərdədir. Ukrayna, Amerika və Rusiya nümayəndə heyətləri də bu gün oradadır. Artıq söhbətimiz olub. Müharibənin bitməsi üçün parametrləri müzakirə edirlər”, – deyə Zelenski qeyd edib.

Zelenski onu da bildirib ki, Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda ABŞ və Ukrayna liderləri “Patriot” sistemi üçün raketlərin Ukraynaya verilməsi barədə razılığa gəliblər.

“Donald Trampla danışdım və “Patriot” üçün bizə veriləcək PAC-3 raketinin sayını aldım. Amma bu barədə məlumat verməyəcəm”, – deyə Zelenski söyləyib.

Zelenski Davosa səfərin həm qlobal məsələlərə, həm də konkret vəzifələrin həllinə yönəldiyini bildirib.

İranda cihad və müharibə elan edildi? - Xamenei barədə sensasiyalı xəbərdarlıq - Baku TV

İranda cihad və müharibə elan edildi? - Xamenei barədə sensasiyalı xəbərdarlıq - Baku TV

Dünya
26 yanvar 2026 3 baxış
Zelenskidən Rusiyaya Donbasla bağlı qəti xəbərdarlıq - Baku TV CANLI

Zelenskidən Rusiyaya Donbasla bağlı qəti xəbərdarlıq - Baku TV CANLI

Dünya
26 yanvar 2026 3 baxış
Avstriyada Ukraynaya yardım səbəbindən XİN rəhbərinin istefası tələb olunur

Avstriyada Ukraynaya yardım səbəbindən XİN rəhbərinin istefası tələb olunur

Dünya
26 yanvar 2026 3 baxış
Zelenski Litvaya səfər etdi

Zelenski Litvaya səfər etdi

Dünya
26 yanvar 2026 3 baxış
Torpaq sürüşməsində 10 nəfər öldü

Torpaq sürüşməsində 10 nəfər öldü

Dünya
26 yanvar 2026 3 baxış
ABŞ-də qarla örtülü ev alovlandı

ABŞ-də qarla örtülü ev alovlandı

Dünya
26 yanvar 2026 3 baxış
ABŞ-ni qar fırtınası iflic etdi

ABŞ-ni qar fırtınası iflic etdi

Dünya
26 yanvar 2026 3 baxış
Vaşinqton sakinləri qartopu oynadılar

Vaşinqton sakinləri qartopu oynadılar

Dünya
26 yanvar 2026 3 baxış
ABŞ və İsrail Trampın Qəzza planını müzakirə edib

ABŞ və İsrail Trampın Qəzza planını müzakirə edib

Dünya
26 yanvar 2026 3 baxış
Nikol Paşinyan öz musiqi qrupunu yaratdı | Hayları bu tarixdə coşduracaq - Baku TV

Nikol Paşinyan öz musiqi qrupunu yaratdı | Hayları bu tarixdə coşduracaq - Baku TV

Dünya
26 yanvar 2026 3 baxış
Seçilmişlər
icon