Moskva ilə nələr müzakirə olundu? | Danışıqlar 3,5 saat davam edib - Baku TV
ABŞ nümayəndə heyəti Moskvada Valdimir Putinlə görüşüb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, danışıqlarda Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla yanaşı, Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ Baş Xidmətlər Administrasiyasının Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum da iştirak edib.
Görüşə Rusiya tərəfdən isə Vladimir Putinlə yanaşı, köməkçiləri Yuri Uşakov və Kirill Dmitriyev də qatılıblar.
Danışıqlar zamanı Ukrayna ilə sülh bərqərar olduqdan sonra Rusiyanın Sülh Şurasını dəstəkləməsi, həmçinin hərbi əməliyyatlardan təsirlənən əraziləri bərpa etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək təklifləri müzakirə olunub.
ABŞ nümayəndə heyəti 3 saat yarım davam edən danışıqlardan sonra Kremli tərk edib.
#ABŞ teqi istifadə olunub
- Vensin Azərbaycana səfər tarixi | TRIPP layihəsi və sülh danışıqları - YENİ BİR SƏHƏR
- ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub - Baku TV
- Tramp Ukrayna və İran danışıqlarına generallarını göndərir
- ABŞ-də donmuş çaya düşən şəxslər xilas edildi
- Yekunu qeyri-müəyyən Oman danışıqları
