Dünya
Pleyeri seçin:
Bu gün sən qalibsən! - Maya Sandudan seçkilərlə bağlı açıqlama
Moldovanın hazırkı dövlət başçısı Maya Sandu ölkədə baş tutmuş prezident seçkisinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.
İlkin nəticələrə görə, rusiyayönümlü müxalifətin namizədi Aleksandr Stoyanoqloya seçicilərin 45 faizi güvənib.
Maya Sandu noyabrın 3-də baş tutmuş seçkidə qələbə qazandığını açıqlayıb.
“Moldova, bu gün sən qalibsən. Birgə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə olan sadiqliyimizin gücünü göstərdik”, – deyə o qeyd edib.
Ölkənin həm daxilində, həm də xaricində yaşayan moldovalılara təşəkkürünü bildirən dövlət başçısı vətəndaşların azadlıq, ümid və mətanətin təcəssümü olduğunu vurğulayıb.
Kopyalandı
Seçilmişlər