Pleyeri seçin:

Bu qalaktikadakı qırmızı nəhənglər məhv olur? | Alimlər araşdırmanın nəticələrini açıqladı

09 yanvar 2025 438 baxış

Harvard-Smitson İnstitunun Astrofizika Mərkəzinin alimləri 44 ulduz aşkarlayıb.

Ulduzlar Yerdən 6,5 milyard işıq ili uzaqlıqda yerləşən qalaktikadadır. Bu, “James Webb” teleskopunun zəif işığı və qravitasiya linzalanma fenomenini aşkar etmək üçün unikal qabiliyyəti sayəsində mümkün olub.

Ulduzlar Abell 370 nəhəng qalaktika klasterinin arxasında yerləşən “Əjdaha qövsü” adlı qalaktikada tapılıb. Çoxluğun cazibə qüvvəsi uzaq obyektlərin işığını bükür və qalaktikanı güzgü dəhlizinə bənzəyən uzunsov formaya çevirir.

Əvvəllər “Hubble” teleskopundan istifadə edən astronomlar belə uzaq qalaktikalarda yalnız yeddi ulduzu ayırd edə bilirdilər. Bununla belə, “Webb” teleskopunun güclü imkanları onlarla ulduzu müşahidə etmək imkanı açıb.

Aşkar edilən ulduzların əksəriyyəti qırmızı nəhənglər – həyatlarının son mərhələsində olan ulduzlardır. Bu ulduzlar əvvəllər tapılmış mavi super nəhənglərdən fərqlidirlər, onlar teleskopun daha aşağı temperaturlu ulduzları aşkar etməyə imkan verən infraqırmızı şüalara həssaslığı sayəsində seçiliblər.

Belə sayda ulduzun kəşfi elm adamlarına təkcə qalaktikaların təkamülünü öyrənməyə deyil, həm də Kainatın ən böyük sirlərindən birini – qaranlıq materiyanı araşdırmağa imkan verir.

Alimlər “James Webb” teleskopundan istifadə edərək digər qalaktikaların müşahidəsini də davam etdirməyi planlaşdırırlar. Bu tədqiqatlar Kainatda yüzlərlə yeni ulduzun kəşfinə səbəb ola bilər, həmçinin qalaktikaların əmələ gəlməsi prosesi aydınlaşar.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 438 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 438 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 438 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 438 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 438 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 438 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 438 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 438 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 438 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 438 baxış
Seçilmişlər
icon