Bu şəxslər Rusiyadan çıxarılacaq | Miqrantların işi daha da çətinləşir
Rusiya ölkədə olan miqrantların leqallaşdırma prosesinin müddətini sentyabr ayına qədər uzadıb.
Rusiya KİV-in məlumatına görə, ölkə ərazisində qanunsuz yaşayan xarici vətəndaşlara qalma müddətlərini leqallaşdırmaq üçün əlavə vaxt veriləcək.
Daha əvvəl 30 aprel 2025-ci il tarixinə qədər müəyyən edilmiş müddət indi 10 sentyabr 2025-ci il tarixinədək uzadılıb. Hüquqi status almayan miqrantlar Rusiyadan çıxarılacaq.
Xatırladaq ki, 5 fevral tarixindən qüvvəyə minən yeni qaydalara əsasən, Rusiyada qanunsuz yaşayan şəxslərin bir sıra hüquq və azadlıqları məhdudlaşdırılıb. Məsələn, onların nikah və boşanması qadağan olunub.
Nəqliyyat vasitələrini qeydiyyatdan keçirmək və onları idarə etmək icazəsi də məhdudlaşdırılıb. Qalma rejiminin təkrar pozulması halında isə belə şəxslər deportasiya oluna bilərlər.
#Rusiya teqi istifadə olunub
- Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib
- Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama
