Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib
Avropa Parlamentinin deputatları əvvəllər Avropa İttifaqı Şurası ilə razılaşdırılmış Rusiya qazının alışının tədricən dayandırılması haqqında sazişi təsdiqləyiblər.
Bu barədə Strasburqda həmməruzəçilər – İnes Vaydere və Villa Niinistyo bildirib.
Plenar iclasda 500 nəfər razılaşmanın qəbul edilməsinin tərəfdarı olsa da, 120 deputat sənədin əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.
Vayderenin sözlərinə görə, bu qərar Avropanın Rusiya qazından asılılığına birdəfəlik son qoyacaq.
O həmçinin sazişin enerji və ya ticarət məsələsi deyil, təhlükəsizlik siyasəti və mənəvi seçim məsələsi olduğunu, Rusiyanın heç vaxt etibarlı ölkə, əsl tərəfdaş olmadığını, eyni zamanda Rusiya qazı və nefti üçün edilən ödənişlərin Kremlin təcavüzünü maliyyələşdirdiyini bildirib.
Deputat əlavə edib ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Aİ Rusiyaya qazıntı yanacaqları üçün 216 milyard avrodan çox pul ödəyib. Yenə gündəlik ödənişlər təxminən 40 milyon avro təşkil edir ki, bu da Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının maliyyələşdirilməsinin davam etməsi deməkdir.
#Avropa İttifaqı teqi istifadə olunub
- Belçika dondurulmuş Rusiya aktivləri üçün israr edir?
- ABŞ Ukraynanın "pulunu kəsdi" | Avropadan Rusiya ilə bağlı hiyləgər gediş - Baku TV
- Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir
- Aİ ölkələrindən sülhə dəstək | Zelenskinin Berlin diplomatiyası nəyə hesablanıb? - YENİ BİR SƏHƏR
- Avropa üçün kritik günlər başlayır? | Orbandan açıqlama
