Pleyeri seçin:

Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

16 dekabr 2025 127 baxış

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh yolu ilə həll istiqamətində addımlar atmağa çalışarkən Avropa liderləri Rusiyadan gələcək potensial təhdidlər barədə xəbərdarlıqları gücləndirirlər.

Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşr yazır ki, təhlükəsizlik sahəsindəki rəsmi şəxslər getdikcə daha çox cəmiyyəti Rusiya ilə mümkün müharibəyə hazırlamağa çağırır. Bir müddət öncə belə bəyanatlar ağlasığmaz sayılırdı.

Avropanın paytaxtlarında narahatlıq var ki, Tramp Kiyevi Rusiyanın xeyrinə olmayan sülhə məcbur edə bilər, bu isə Vladimir Putinə üstünlük verərək Ukraynanı yeni hücumlara qarşı həssas edəcək. Bundan əlavə, atəşkəs Rusiyanın resurslarını Avropaya təzyiq üçün sərbəst buraxa bilər. ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında isə Rusiya düşmən olaraq göstərilmədiyi üçün əlavə narahatlıq yaranır.

Niderlandın ehtiyatda olan admiralı Rob Bauer bildirib ki, Avropa əgər sülhü qorumaq istəyirsə, müharibəyə hazırlaşmalıdır.

O, Rusiyanın hərbi sənayesi məhsullarının Ukraynadakı müharibənin tələblərini aşdığını qeyd edib. Onun sözlərinə görə, bu, Avropaya qarşı təhlükənin daha sürətlə yenidən ortaya çıxacağı anlamına gələ bilər.

Eyni zamanda Avropa siyasətçiləri ictimai dəstək toplamağın çətin olduğunu qəbul edirlər.

"Gallup" sorğusu göstərib ki, yalnız avropalıların üçdə biri ölkəsi uğrunda mübarizə aparmağa hazırdır. Rəsmi şəxslər bildirirlər ki, seçicilər hərbi xərclərin artırılmasını və hətta səfərbərliyi yalnız təhdidin real olduğuna inanarlarsa dəstəkləyəcək.

Avropa təhlükəsizlik xidmətləri iddia edir ki, Rusiya artıq "boz" sabotaj və casusluq kampaniyası aparır, o cümlədən NATO-nun logistikasına zərər vermək məqsədilə. Bu fonda Fransa könüllü hərbi xidməti bərpa etdiyini elan edib, Almaniya genişmiqyaslı hərbi təlimlər keçirir, Böyük Britaniya isə Avropadan kənar hazırlıqları azaldaraq diqqətini Rusiyaya yönəldir.

Avropadakı NATO ölkələri həmçinin müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər, lakin hərbçilər xəbərdarlıq edir ki, Rusiyanı dayandırmaq üçün bu xərcləri daha çox sürətlə artırmaq lazım olacaq.

Tramp Zelenski ilə danışıqları “məhsuldar” adlandırıb

Tramp Zelenski ilə danışıqları “məhsuldar” adlandırıb

Dünya
22 yanvar 2026 127 baxış
Qadınların "yox" deyə bilmədiyi aktyor Andrey Mironov niyə daim qorxu içində idi? - ARAŞDIRMA

Qadınların "yox" deyə bilmədiyi aktyor Andrey Mironov niyə daim qorxu içində idi? - ARAŞDIRMA

Dünya
22 yanvar 2026 127 baxış
Mertsdən ABŞ-yə sərt sözlər | "Cavabımız qətiyyətli olacaq"  - Baku TV CANLI

Mertsdən ABŞ-yə sərt sözlər | "Cavabımız qətiyyətli olacaq" - Baku TV CANLI

Dünya
22 yanvar 2026 127 baxış
ABŞ Prezidenti BMT-nin potensialından danışdı

ABŞ Prezidenti BMT-nin potensialından danışdı

Dünya
22 yanvar 2026 127 baxış
Lavrov Ermənistana xəbərdarlıq etdi

Lavrov Ermənistana xəbərdarlıq etdi

Dünya
22 yanvar 2026 127 baxış
Yeni Zelendiyada axtarış-xilasetmə işlərinə helikopterlər cəlb olunub

Yeni Zelendiyada axtarış-xilasetmə işlərinə helikopterlər cəlb olunub

Dünya
22 yanvar 2026 127 baxış
Rusiya–ABŞ münasibətləri ilə bağlı sensasiyalı məlumat yayıldı

Rusiya–ABŞ münasibətləri ilə bağlı sensasiyalı məlumat yayıldı

Dünya
22 yanvar 2026 127 baxış
Tramp "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandıqdan sonra çıxış etdi - Baku TV

Tramp "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandıqdan sonra çıxış etdi - Baku TV

Dünya
22 yanvar 2026 127 baxış
Trampdan Azərbaycan və Ermənistan liderləri ilə bağlı açıqlama - Baku TV

Trampdan Azərbaycan və Ermənistan liderləri ilə bağlı açıqlama - Baku TV

Dünya
22 yanvar 2026 127 baxış
Diqqətlər Davosda | "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandı - Baku TV

Diqqətlər Davosda | "Sülh Şurasının Nizamnaməsi" sənədi imzalandı - Baku TV

Dünya
22 yanvar 2026 127 baxış
Seçilmişlər
icon