Tramp xalqa müraciətində Ukrayna və Venesueladan danışmadı
ABŞ Prezidenti Donald Tramp Amerika xalqına müraciət edib.
Tramp çıxışı zamanı administrasiyasının 11 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən danışıb.
“Millətimiz güclüdür, Amerika yenidən hörmət qazanıb. Ölkəmiz indiyə qədər olduğundan daha güclüdür”, – deyə ABŞ Prezidenti bildirib.
Eyni zamanda Tramp qeyd edib ki, bir il əvvəl ABŞ ölü vəziyyətdə olub, hazırda isə dünyanın ən güclü və ən nüfuzlu ölkəsidir.
ABŞ liderinin sözlərinə görə, o, hakimiyyəti ölkədə inflyasiyanın son 48 ilin ən yüksək səviyyəsində olduğu ən ağır dövrdə təhvil alıb.
O, ABŞ iqtisadiyyatına 18 trilyon dollar investisiya axını təmin etdiyini və tətbiq olunan rüsumların vacibliyini vurğulayıb.
Tramp həmçinin Qəzzada müharibənin başa çatmasında rolunu qeyd edib. O, müraciətində Ukraynadakı münaqişə və Venesuela ətrafındakı vəziyyət barədə danışmayıb.
Müraciətin sonunda Tramp amerikalılara Milad və Yeni il münasibətilə təbriklərini çatdırıb.
