Pleyeri seçin:

“Bu silahların Ukraynaya ötürülməsi...” | Kreml Trampın kritik açıqlamasını gözləyir

11 iyul 2025 278 baxış

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 11-də keçirdiyi brifinqdə bir sıra mühüm açıqlamalar verib.

D.Peskov həm ABŞ, həm də Avropa İttifaqı ilə bağlı məsələlərə toxunub, eləcə də Ukrayna ilə gələcək danışıqların mümkünlüyünə dair mövqeyini açıqlayıb.

O bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Trampın bazar ertəsi üçün anons etdiyi mühüm bəyanatı gözləyir.

“Biz o açıqlamanın nədən ibarət olacağını öyrənmək istəyirik”, – deyə Kremlin sözçüsü qeyd edib.

Ukrayna mövzusuna toxunan D.Peskov Rusiyanın Kiyevdən birbaşa danışıqların davam etdirilməsi üçün təklif gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Moskva açıq şəkildə Ukraynadan görüş tarixləri ilə bağlı təşəbbüslər gözləyir.

ABŞ-nin NATO ölkələrinə silah satması və bu silahların sonradan Ukraynaya ötürülməsi məsələsini isə D.Peskov “biznes” adlandırıb. Eyni zamanda o, Avropa İttifaqının Ukraynaya on milyardlarla avro xərclədiyini xatırladaraq Avropa siyasətçilərini həm tarixi yaddaşı təhrif etməkdə, həm də savadsız olmaqda ittiham edib.

“Bu onlara nə indi, nə də gələcəkdə kömək etməyəcək”, – deyə o əlavə edib.

D.Peskov bildirib ki, Rusiya öz təcrübəsindən istifadə edərək Avropa İttifaqının neft və qaz ixracına qarşı tətbiq etdiyi sanksiyalara qarşı mübarizə aparır.

O, Avropa ölkələrinin digər sahələrdə də Rusiyanın maraqlarına müdaxilə etmək cəhdlərinə qarşı Moskvanın maraqlarını qoruyacağını vurğulayıb.

Kremlin sözçüsü Arktika mövzusundan da danışaraq bildirib ki, bu region əməkdaşlıq ərazisi olmalı, hərbi qarşıdurma sahəsinə çevrilməməlidir.

O qeyd edib ki, Rusiya Arktikanı inkişaf etdirməyə davam edir və bunu digər ölkələrlə birlikdə etməyə hazırdır.

Qazaxıstanda qalmaqallı hadisə | Rus blogerin ifadələri qəzəb yaratdı - Baku TV

Qazaxıstanda qalmaqallı hadisə | Rus blogerin ifadələri qəzəb yaratdı - Baku TV

Dünya
14 avqust 2026 278 baxış
Rusiya bazarı Ermənistan üçün yenidən açılacaqmı? - Baku TV CANLI

Rusiya bazarı Ermənistan üçün yenidən açılacaqmı? - Baku TV CANLI

Dünya
14 avqust 2026 278 baxış
Zelenskidən Rusiya ilə bağlı sensasiyalı açıqlamalar - Baku TV CANLI

Zelenskidən Rusiya ilə bağlı sensasiyalı açıqlamalar - Baku TV CANLI

Dünya
14 avqust 2026 278 baxış
İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV

İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV

Dünya
14 avqust 2026 278 baxış
“Qus” 50,1 milyon dollara alıcı tapdı

“Qus” 50,1 milyon dollara alıcı tapdı

Dünya
14 avqust 2026 278 baxış
Qahirədə ticarət mərkəzində partlayış olub – 3 nəfər ölüb, 17 nəfər yaralanıb

Qahirədə ticarət mərkəzində partlayış olub – 3 nəfər ölüb, 17 nəfər yaralanıb

Dünya
14 avqust 2026 278 baxış
Sankt-Peterburqda keçirilən “Piter Moto Fest” tədbirindən görüntülər

Sankt-Peterburqda keçirilən “Piter Moto Fest” tədbirindən görüntülər

Dünya
14 avqust 2026 278 baxış
Aviabazalar barədə məlumat toplayan casuslar zərərsizləşdirilib

Aviabazalar barədə məlumat toplayan casuslar zərərsizləşdirilib

Dünya
14 avqust 2026 278 baxış
Almaniyada isti havadan ölənlərin sayı 12 500 nəfərə çatıb

Almaniyada isti havadan ölənlərin sayı 12 500 nəfərə çatıb

Dünya
14 avqust 2026 278 baxış
Həşəratlar bütün dünyada yaşayış areallarını dəyişib

Həşəratlar bütün dünyada yaşayış areallarını dəyişib

Dünya
14 avqust 2026 278 baxış
Seçilmişlər
icon