Pleyeri seçin:

Bu, Ukraynanın qırmızı xəttidir! - Dünyanın diqqəti bugünkü Zelenski-Tramp danışığında

19 mart 2025 448 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparacağını açıqlayıb.

O bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında məlumat verib.

“Bu gün Prezident D.Tramp ilə təmasım olacaq. Biz onunla detalları müzakirə edəcəyik. Düşünürəm ki, bu, növbəti addımlarla bağlı olacaq. Artıq komandalarımız arasında çox yaxşı görüş baş tutub. Məncə, proses düzgün istiqamətdə gedir və mən D.Trampın Vladimir Putinlə danışığının detalları barədə ondan eşidəcəyimi düşünürəm”, – V.Zelenski deyib.

Ukrayna lideri bildirib ki, gələcək danışıqlarda ərazi məsələsi ən həssas və çətin məqamlardan biri olacaq. V.Zelenski vurğulayıb ki, bu kimi mövzuların müzakirəsi üçün dənizdə və havada tam sakitlik rejimi təmin edilməlidir.

“Bizim üçün qırmızı xətt müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin Rusiyanın tərkib hissəsi kimi tanınmasıdır. Biz bunu qəbul etməyəcəyik”, – deyə V.Zelenski qeyd edib.

Bu açıqlamalar D.Tramp və V.Putin arasında keçirilmiş son telefon danışığından sonra gəlib. V.Zelenskinin D.Tramp ilə müzakirələrinin Ukraynaya hərbi yardımın davam etdirilməsi, atəşkəs məsələləri və gələcək sülh danışıqlarının istiqamətləri kimi mühüm mövzuları əhatə edəcəyi gözlənilir.

Gözlər indi D.Tramp-V.Zelenski görüşündən sonra veriləcək rəsmi açıqlamalara çevrilib. ABŞ-nin bu münaqişədəki mövqeyi və D.Trampın V.Putinlə razılaşmaları Ukraynanın gələcək strateji addımlarına təsir edə bilər.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 448 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 448 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 448 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 448 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 448 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 448 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 448 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 448 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 448 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 448 baxış
Seçilmişlər
icon