Pleyeri seçin:

Burada milyonlar qazanmaq üçün hamı bir-birini məhkəməyə verir - ORALARDA NECƏDİR?

06 iyun 2025 583 baxış

“Oralarda necədir” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə 1664-cü ilədək Nyu-Amsterdam adlanan, Sentral parkı, Azadlıq heykəli, Bruklin körpüsü, Metropoliten muzeyi və işıqlı reklamları ilə məşhur olan ABŞ-nin Nyu-York şəhərindən bəhs edilib.

Bu şəhərdə hər il təqribən 100 min uşaq doğulur. Sığortalanan hər bir qadın üçün dünyaya övlad gətirmək havayıdır. Sığortanın aylıq qiyməti isə 200 dollardır (340 manat). Sığorta olmasa belə, dövlət xəstəxanasında ödəniş etmədən ana olmaq mümkündür.

Maraqlı məqamlardan biri isə odur ki, burada təcili yardım çağıranda arxası ilə yanğınsöndürən maşın da gəlir. Amma hamilə qadını xəstəxanaya çatdırmaq üçün təcili yardım çağırmağı sığorta qarşılamır. Onun qiyməti isə 600 dollardır (1020 manat).

Manhettendə biznes açmaq bahalıdır. Məsələn, burada adi restoran açmaq üçün minimum 500 min dollar lazımdır. Yüksəksəviyyəli restoran isə 2 milyon dollara başa gələ bilər. 2-ci Avenyu adlanan, bahalı mağaza və restoranların yerləşdiyi küçədə icarəhaqqı bir kvadratmetrə görə minimum 9 min dollardır (15300 manat).

Amerikada hər kəs vergi ödəyicisi olduğuna görə demək olar ki, hər kəsin şəxsi mühasibi var. Çünki çox vaxt qazancı hesablamaq və vergini dəqiq ödəmək elə də asan olmur. Kiçik bir qeyri-dəqiqlik məhkəmə ilə nəticələnə bilər. Odur ki, hər bir amerikalının həm də vəkili var.

Maraqlıdır ki, amerikalılar nəsə olan kimi məhkəməyə müraciət edirlər. Vəkillərə pul xərcləsələr də, məhkəmədə udmaq da var və adi məsələlərə görə minlərlə dollar təzminat almaq adama şirin gəlir. Hətta bir dəfə valideyn uşağı bağçaya gipslə gətirdiyi halda axşam bunu tərbiyəçinin üzərinə atıb bağçadan təzminat tələb edərək onları məhkəməyə verir və prosesi udur.

ABŞ-İran danışıqları necə olacaq? | "Amerika bu prosesdə ciddi iştirak edəcək" - Baku TV

ABŞ-İran danışıqları necə olacaq? | "Amerika bu prosesdə ciddi iştirak edəcək" - Baku TV

Dünya
06 fevral 2026 583 baxış
Rusiyadan Ermənistana xəbərdarlıq | Sergey Lavrovdan sərt sözlər - Baku TV

Rusiyadan Ermənistana xəbərdarlıq | Sergey Lavrovdan sərt sözlər - Baku TV

Dünya
06 fevral 2026 583 baxış
"Çətinlik HƏMAS-ın tərk-silah olmasıdır" - Baku TV

"Çətinlik HƏMAS-ın tərk-silah olmasıdır" - Baku TV

Dünya
06 fevral 2026 583 baxış
Yaxın Şərqdə təhlükəli oyun? - 24 SAAT

Yaxın Şərqdə təhlükəli oyun? - 24 SAAT

Dünya
06 fevral 2026 583 baxış
Müharibə uzandıqca Kiyevdə güzəşt və atəşkəs çağırışları səslənir - Baku TV

Müharibə uzandıqca Kiyevdə güzəşt və atəşkəs çağırışları səslənir - Baku TV

Dünya
06 fevral 2026 583 baxış
Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Dünya
05 fevral 2026 583 baxış
Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Dünya
05 fevral 2026 583 baxış
Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Dünya
05 fevral 2026 583 baxış
Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Dünya
05 fevral 2026 583 baxış
Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Dünya
05 fevral 2026 583 baxış
Seçilmişlər
icon