Çasov Yar uğrunda döyüşlər necə nəticələndi?
Rusiya Müdafiə Nazirliyi təxminən 16 aylıq döyüşlərdən sonra iyulun 31-də Ukraynanın şərqindəki Çasov Yar şəhərini ələ keçirdiyini bildirib.
Çasov Yardan 60 kilometr cənub-qərbdə yerləşən Pokrovsk şəhərinə də hücumlar davam edir.
Batalyon komandiri bildirib ki, Rusiyanın hava məkanında böyük üstünlüyü var və əgər onların əlində olan müxtəlif növ kəşfiyyat pilotsuz təyyarələrinin ən azı yarısını ələ keçirə bilsəydilər, düşməni çətin vəziyyətə sala bilərdilər. Hava məkanının qorunmaması səbəbindən hazırda müdafiə tərəfi əks tədbir görə bilmir.
Çasov Yar uğrunda döyüş 2024-cü ilin aprelində başlayıb. Müharibədən əvvəl 12 mindən çox əhalisi olan şəhər hazırda xarabalığa çevrilib.
Dron pilotu isə bildirib ki, Çasov Yar əhəmiyyətli yüksəklikdə yerləşir və ruslar buranı növbəti hücumlar üçün körpü kimi istifadə etmək istəyirlər. Onların məqsədi Konstantinovka, Drujovka və Kramatorsku atəşə tutmaqdır. Müdafiə tərəfi yüksəkliyin tutulmasına imkan verməmək üçün çalışır, lakin artilleriyanın effektivliyi piyada və sursatdan asılıdır.
“Xortitsa” operativ-strateji qruplaşmasının sözçüsü Viktor Trequbovun sözlərinə görə, Rusiyanın Çasov Yarı ələ keçirməsi xəbəri həqiqətə uyğun deyil.
Qeyd edək ki, “DeepState”in 30 iyula olan məlumatına görə, Rusiya Ordusu Çasov Yarın şimal və şərq hissəsinə nəzarət edir.
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
- Ukrayna silahlı qüvvələri geri çəkilir? | Rusiya ordusundan şiddətli hücumlar
- Tanınmış müxbir öldürüldü | Reportaj vaxtı dəhşətli dron zərbələri
- 60 min hərbçi ilə... | Rusiya müdafiə naziri kritik tarixi açıqladı
- 1000-dən çox rusiyalı öldürüldü | Rusiya-Ukrayna müharibəsində şiddətli döyüşlər
- Bu ərazilər hədəfə alındı | Rusiya-Ukrayna müharibəsində son vəziyyət
