Pleyeri seçin:

Çin kosmosdakı mövcudluğunu artırır | ABŞ generalından xəbərdarlıq

29 sentyabr 2025 219 baxış

ABŞ rəsmiləri hesab edir ki, Çinin kosmosdakı fəaliyyətləri ən narahatedici hərbi addımlardan biridir.

Bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı general-leytenant Duqlas Şiss Merilend ştatında keçirilən Hava və Kosmik Qüvvələr Assosiasiyasının illik konfransında bildirib.

Onun sözlərinə görə, Çin inanılmaz sürətlə hərbi-kosmik imkanlarını artırır və ABŞ üçün əsas təhlükəyə çevrilib: "Onlar potensiallarını demək olar ki, hər ay gücləndirirlər və bu, bizim aktivlərimizi risk altına salır. Çin açıq şəkildə bizim ən böyük təhlükəmizdir”.

Şiss əlavə edib ki, Çin "məhv zənciri” adlandırılan və ABŞ-nin dəniz, quru və hava qüvvələrinə uzaq məsafədən zərbə endirməyə imkan verən sistem qurur. Kosmos isə bu məsafələri daha da artırmaq üçün əsas vasitəyə çevrilir. Bundan başqa, Çin əks-kosmik imkanlar yaradaraq ABŞ-nin peyklərinə və digər obyektlərinə təhdid yaradır.

ABŞ kəşfiyyatına görə, Çin Ordusu bu addımları ABŞ-nin mümkün regional müdaxiləsini məhdudlaşdırmaq və çəkindirmək məqsədilə atır.

Mövzu ilə bağlı "Demokratiyaların müdafiəsi fondu"nun hərbi-siyasi güc mərkəzinin direktoru Bredli Bouman da xəbərdarlıq edib: "Kosmos bizim kəşfiyyat, müşahidə və hədəf təyinatı imkanlarımızı gücləndirən ən yüksək məkan bizim gözlərimiz və qulaqlarımızdır. Əgər rəqiblərimiz bu sahədə üstünlük əldə etsələr, bu, son dərəcə təhlükəlidir”.

Onun fikrincə, Çin ABŞ-nin kosmosdakı imkanlarını sıradan çıxarsa və ya üstələsə, bu, xəbərdarlıqların azalmasına, əməliyyatların çətinləşməsinə və nəticədə döyüşdə, hətta müharibədə məğlubiyyətə gətirib çıxara bilər.

Şiss bildirib ki, ABŞ Ordusu öz qüvvələrini qorumaq üçün orbitə daha çox peyk, xüsusən də kəşfiyyat və müşahidə peykləri çıxarmağa davam etməlidir.

 

NATO-nun hava sipəri böyüyür | Danimarka hərəkətə keçdi

NATO-nun hava sipəri böyüyür | Danimarka hərəkətə keçdi

Dünya
06 dekabr 2025 219 baxış
Ukrayna şəhərlərində kabus dolu anlar | Rusiya Ordusu hücumda

Ukrayna şəhərlərində kabus dolu anlar | Rusiya Ordusu hücumda

Dünya
06 dekabr 2025 219 baxış
Rəsmi Moskva bundan narahatdır | Andrey Kelin hansı məqamlara toxundu?  - Baku TV CANLI

Rəsmi Moskva bundan narahatdır | Andrey Kelin hansı məqamlara toxundu? - Baku TV CANLI

Dünya
06 dekabr 2025 219 baxış
Çernobıl hadisəsi təkrarlana bilər | Agentlikdən xəbərdarlıq  - Baku TV CANLI

Çernobıl hadisəsi təkrarlana bilər | Agentlikdən xəbərdarlıq - Baku TV CANLI

Dünya
06 dekabr 2025 219 baxış
ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri nəzərdən keçirilib

ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri nəzərdən keçirilib

Dünya
06 dekabr 2025 219 baxış
Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Dünya
06 dekabr 2025 219 baxış
Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Dünya
06 dekabr 2025 219 baxış
Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Dünya
06 dekabr 2025 219 baxış
Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Dünya
06 dekabr 2025 219 baxış
ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

Dünya
06 dekabr 2025 219 baxış
Seçilmişlər
icon