Pleyeri seçin:

Makron Pekinə böyük nümayəndə heyəti ilə yollanıb

04 dekabr 2025 346 baxış

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının ticarət qaydalarını sərtləşdirməyə hazırlaşdığı bir vaxtda Pekində Çin lideri Si Cinpinlə görüşü daha güclü ticarət əlaqələri qurmaq istəyi fonunda baş verib.

E.Makronu dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çinə etdiyi dördüncü dövlət səfərində böyük biznes nümayəndə heyəti müşayiət edib.

E.Makron keçmişdə Çinlə münasibətlərdə güclü bir Avropa cəbhəsi qurmağa çalışıb, eyni zamanda Çinin Fransanın ən görkəmli şirkətlərinin bir çoxu üçün əsas ixrac bazarı olduğu Pekinə qarşı çıxmamağa diqqət yetirib.

Görüş əsnasında Fransa lideri Ukrayna məsələsini də diqqətdən kənar qoymayıb.

“Ümid edirəm ki, Çin bizim çağırışlarımıza və səylərimizə qoşularaq mümkün olan ən tez vaxtda Ukraynada atəşkəsin əldə olunmasına yardım edər. Bu, qarşıdan gələn qış üçün çox vacibdir, çünki mülki infrastruktur, xüsusən də enerji infrastrukturu bu gün də Rusiya atəşi altındadır. Amma daha geniş mənada biz beynəlxalq hüquqa hörmət edən ədalətli və davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıyıq”, – Fransa lideri bildirib.

Rəsmi Pekinin gömrük məlumatlarına görə, Çin Fransanın yeddinci ən böyük ticarət tərəfdaşıdır və hər il təxminən 35 milyard dollarlıq mal alır. Bu məhsulların təxminən 10%-i kosmetik məhsullardır, digər əsas ixrac məhsulları arasında təyyarə hissələri və spirtli içkilər də var.

Kral ailəsinin qalmaqallı üzvlərindən biri yenidən diqqət mərkəzində

Kral ailəsinin qalmaqallı üzvlərindən biri yenidən diqqət mərkəzində

Dünya
08 may 2026 346 baxış
Paşinyan məzuniyyətə çıxdı, Baş naziri kim əvəz edəcək? - Baku TV CANLI

Paşinyan məzuniyyətə çıxdı, Baş naziri kim əvəz edəcək? - Baku TV CANLI

Dünya
08 may 2026 346 baxış
Britaniya məhkəməsi bu məmuru Çin kəşfiyyatı ilə əməkdaşlıqda günahkar bilir

Britaniya məhkəməsi bu məmuru Çin kəşfiyyatı ilə əməkdaşlıqda günahkar bilir

Dünya
08 may 2026 346 baxış
Tehran sakinləri 67-ci münaqişə gecəsini qeyd edirlər

Tehran sakinləri 67-ci münaqişə gecəsini qeyd edirlər

Dünya
08 may 2026 346 baxış
Venesuelada azad seçkilər tələbi ilə nümayiş keçirildi

Venesuelada azad seçkilər tələbi ilə nümayiş keçirildi

Dünya
08 may 2026 346 baxış
Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı - Baku TV CANLI

Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı - Baku TV CANLI

Dünya
08 may 2026 346 baxış
İranla mümkün razılaşmanın şərtləri | İsrail ekspertləri açıqladı

İranla mümkün razılaşmanın şərtləri | İsrail ekspertləri açıqladı

Dünya
08 may 2026 346 baxış
Pakistan ABŞ-dən “Azadlıq layihəsi” əməliyyatının dayandırılmasını istəyib

Pakistan ABŞ-dən “Azadlıq layihəsi” əməliyyatının dayandırılmasını istəyib

Dünya
08 may 2026 346 baxış
Minlərlə insan burada yaşayırdı, birdən-birə tərk edildi

Minlərlə insan burada yaşayırdı, birdən-birə tərk edildi

Dünya
08 may 2026 346 baxış
Messencerdəki yeniliklər digər funksiyalara təsir edəcək?

Messencerdəki yeniliklər digər funksiyalara təsir edəcək?

Dünya
08 may 2026 346 baxış
Seçilmişlər
icon