Pleyeri seçin:

Çin Rusiyanın oyuncağına çevrilib... | Zelenskidən qalmaqallı açıqlama

03 iyun 2024 294 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Çini Rusiyaya kömək etməkdə günahlandırıb.

O, Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumunda çıxışı zamanı bir sıra ölkələrin İsveçrədə keçiriləcək sülh sammitinin baş tutmasının əleyhinə olduğunu və qarşısını almağa çalışdıqlarını iddia edib:

“Biz bəzi dünya liderlərinin hələ də sülh sammitində iştirakını təsdiqləməməsindən məyusuq. Təəssüf ki, sammiti pozmaq cəhdləri də var. Biz inanmaq istəmirik ki, bütün bunlar yalnız güc sahibi olmaq və qlobal bir dünyanın varlığından imtina edərək sözügedən gücü 1 və ya 2 ölkənin əlində cəmləməsinə şərait yaratmaq cəhdləridir.

Bəli, əlbəttə ki, biz Çinin mesajını almışıq. Hansı ki, onlar açıq şəkildə bildirdilər ki, sülh sammitində iştirak etməyəcəklər. Rusiya Çinin regiona təsirindən istifadə edərək, ölkənin diplomatlarının da başını qataraq sülh sammitini pozmaq üçün əlindən gələn hər şeyi edir. Təəssüf ki, Çin kimi böyük və güclü bir dövlət Rusiyanın əlaltı oyuncağına çevrilib”.

Ukraynalı lider çıxışında həmçinin Çin Sədri Si Cinpinin 1 il əvvəl telefon danışığı zamanı ona müharibəyə müdaxilə etməyəcəyinə, Rusiyaya silah-sursat verməyəcəyinə dair söz verdiyini də açıqlayıb.

V.Zelenskinin sözlərinə görə, çinli həmkarı sözünün üstündə durmayıb. Bildirib ki, hazırda Rusiya bazarlarına bəzi avadanlıqlar Çin vasitəsilə gəlir. Ukrayna Prezidentinin sözügedən açıqlamasına isə Pekindən cavab gecikməyib.

Ölkənin müdafiə naziri Don Cün V.Zelenskinin iddialarını təkzib edib.

“Çin heç bir tərəfə silah verməyib və sözügedən tərəflərin istifadə etdiyi malların ixracına ciddi nəzarət edir. Biz regionda sülh və dialoqun tərəfdarıyıq”, – deyə o əlavə edib.

Volodimir Zelenski çıxışında həmçinin Çin rəsmiləri ilə görüşə bilməməsindən də gileylənərək Kiyevlə zəif əlaqələrin olmasına görə rəsmi Pekini günahlandırıb. Qeyd edib ki, 2024-cü il üzrə keçirilən beynəlxalq forum da daxil olmaqla, uzun müddətdir ki, Ukrayna Çin rəsmiləri ilə görüşməyə can atır. Lakin Kiyevə hər dəfə rədd cavabı verilir.

Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama

Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama

Dünya
09 avqust 2026 294 baxış
Siciliya sahillərində qədim gəmi aşkar edilib

Siciliya sahillərində qədim gəmi aşkar edilib

Dünya
09 avqust 2026 294 baxış
Bir polis ölüb, bir neçə nəfər yaralanıb

Bir polis ölüb, bir neçə nəfər yaralanıb

Dünya
09 avqust 2026 294 baxış
Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb

Tutanxamonun xəncəri kosmik mənşəli metaldan hazırlanıb

Dünya
09 avqust 2026 294 baxış
Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI

Partlayan PUA Kiyev və Sofiyanı üz-üzə qoydu - Baku TV CANLI

Dünya
09 avqust 2026 294 baxış
Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV

Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV

Dünya
09 avqust 2026 294 baxış
Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI

Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI

Dünya
09 avqust 2026 294 baxış
Yəmən ordusunun hökumət qüvvələri husilərə qarşı yeni hərbi əməliyyat həyata keçirib - Baku TV

Yəmən ordusunun hökumət qüvvələri husilərə qarşı yeni hərbi əməliyyat həyata keçirib - Baku TV

Dünya
09 avqust 2026 294 baxış
Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV

Dünya
09 avqust 2026 294 baxış
Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI

Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI

Dünya
09 avqust 2026 294 baxış
Seçilmişlər
icon