Dünya
Pleyeri seçin:

Crocus terrorunda Seyfulla detalı | Şübhəlilər hər şeyi danışdı

08 aprel 2024

Moskva vilayətində yerləşən “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinənlər Rusiya telekanallarından birinə açıqlama veriblər.

Terror hadisəsinin planlanmasından danışan şəxslər bildiriblər ki, onlar ukraynalı kuratorlarının tapşırığı ilə hücuma keçiblər.

Saxlanılan şəxslər açıqlamalarında plana əsasən hadisəni törətdikdən sonra Kiyevə qaçmalı olduqlarını qeyd ediblər.

Bildiriblər ki, onlar “Crocus City Hall”dan çıxdıqdan sonra yol boyu terror qruplaşmasının “Seyfulla” ləqəbli digər üzvü ilə əlaqə saxlayıblar. Məlumata görə, məhz həmin şəxs hücum hədəflərini müəyyənləşdirib və silahların haradan götürülməsi barədə tapşırıqlar verib.

Təqsirli bilinənlərdən biri etirafında onu da deyib ki, “Seyfulla” onlara Rusiya-Ukrayna sərhədinə çatdıqda avtomobillərini yandırmaqlarını, daha sonra onunla əlaqə yaratmaqlarını tapşırıb. Onun sözlərinə görə, “Seyfulla” daha sonra sərhəddə onları gözləyənlərin olduğunu və Kiyevə keçmək üçün yardım edəcəklərini deyib.

Bundan başqa, o da məlum olub ki, hadisəni törədən şəxslərin hər birinə bir milyon rubl verilməli idi.

Qeyd edək ki, mobil telefonlarında aparılan axtarış zamanı terrorçuların hadisədən öncə və sonra bir neçə dəfə Ukrayna ərazisində olan şəxslərlə danışdıqları müəyyən edilib. Bundan əlavə, telefonda “Crocus City Hall”un ümumi görüntüsü, giriş və arxa hissəsi əks olunan fotolar da olub.

Paşinyanın Putindən istəkləri nələr oldu? | Markovdan qalmaqallı açıqlama

Paşinyanın Putindən istəkləri nələr oldu? | Markovdan qalmaqallı açıqlama

Dünya
09 may 2024
Ermənilər ayağa qalxdı | İrəvanda aləm bir-birinə dəydi

Ermənilər ayağa qalxdı | İrəvanda aləm bir-birinə dəydi

Dünya
09 may 2024
İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad | ARAŞDIRMA

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad | ARAŞDIRMA

Dünya
09 may 2024
Fransa ilə Ermənistan razılığa gəldi | Fransız səfirdən açıqlama

Fransa ilə Ermənistan razılığa gəldi | Fransız səfirdən açıqlama

Dünya
09 may 2024
Peskov Paşinyan və Putinin görüşünü şərh etdi | Danışıqların mürəkkəbliyini şişirtmək olmaz…

Peskov Paşinyan və Putinin görüşünü şərh etdi | Danışıqların mürəkkəbliyini şişirtmək olmaz…

Dünya
09 may 2024
Bayden Netanyahuya bunları etməməyi məsləhət gördü | Zərərsizləşdirməyə kömək edəcəyik

Bayden Netanyahuya bunları etməməyi məsləhət gördü | Zərərsizləşdirməyə kömək edəcəyik

Dünya
09 may 2024
Moskva Qərb dövlətlərinə sərt səsləndi | Qüvvələrimiz hazırdır...

Moskva Qərb dövlətlərinə sərt səsləndi | Qüvvələrimiz hazırdır...

Dünya
09 may 2024
Türkiyənin Antalya şəhərində təhlükəli anlar yaşandı | Təyyarə qəza enişi etdi

Türkiyənin Antalya şəhərində təhlükəli anlar yaşandı | Təyyarə qəza enişi etdi

Dünya
09 may 2024
Təcili | Rusiya Ukraynanın bu ərazilərini nəzarətə götürdü

Təcili | Rusiya Ukraynanın bu ərazilərini nəzarətə götürdü

Dünya
09 may 2024
Bu ölkələr meymunlarla dolub-daşacaq?

Bu ölkələr meymunlarla dolub-daşacaq?

Dünya
09 may 2024
Seçilmişlər
icon