Pleyeri seçin:

Danışıqlar, yoxsa güc nümayişi? | Avropa Trampın təhdidlərinə qarşı nə edəcək? - Baku TV

01 fevral 2026 133 baxış

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranla danışıqlar aparmağı planlaşdırdığını bildirib.

D.Tramp dialoqun mahiyyəti və ya vaxtı, həmçinin Vaşinqtondan kimin danışıqlara rəhbərlik edəcəyi barədə ətraflı məlumat verməyib.

“Bəli, mən bunu planlaşdırıram. Hazırda İrana üzən çoxlu sayda çox böyük və çox güclü gəmilərimiz var və onlardan istifadə etməsəydik, əla olardı”, – deyə D.Tramp əlavə edib.

Bu arada Avropa ölkələrinin liderləri Brüsseldə işgüzar şam yeməyi zamanı Donald Trampın təhdidlərinə və təzyiqlərinə qarşı plan hazırlayıblar. Bunu “The New York Times” qəzeti mənbələrə istinadla yazıb.

Nəşr qeyd edir ki, D.Tramp Avropaya iqtisadi zərbə vurmaqla hədələyərək, siyasətçilərini alçaldaraq və onların dəyərlərini sərt tənqid edərək bütün dünyanı şoka saldıqdan sonra Avropa liderləri fəaliyyət planı hazırlayıblar.

Sənəddə ABŞ Prezidentinin gələcək təxribatlarına soyuqqanlı reaksiya vermək, həmçinin cavab olaraq rüsumlar tətbiq etməklə hədələmək nəzərdə tutulur.

Bundan əlavə, Avropanın Vaşinqtondan hərbi və iqtisadi asılılığını azaltmaq planlaşdırılır. Çünki ABŞ etibarsız müttəfiqə çevrilib.

Qəzet Avropa liderlərinin planını nisbətən cəsarətli, lakin hələ də kifayət qədər mücərrəd adlandırıb və vurğulayıb ki, bu, Avropa liderlərinin D.Trampa qarşı indiyədək olmadığı qədər sərt ritorika ilə çıxış etdiklərini, lakin hələ bəyanatlarını real adamlarla möhkəmləndirməyə çalışdıqlarını göstərir.

Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Dünya
06 mart 2026 133 baxış
ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV

ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV

Dünya
06 mart 2026 133 baxış
İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

Dünya
06 mart 2026 133 baxış
Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Dünya
06 mart 2026 133 baxış
İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

Dünya
06 mart 2026 133 baxış
SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

Dünya
06 mart 2026 133 baxış
Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Dünya
06 mart 2026 133 baxış
İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

Dünya
06 mart 2026 133 baxış
İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

Dünya
06 mart 2026 133 baxış
ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

Dünya
06 mart 2026 133 baxış
Seçilmişlər
icon