Pleyeri seçin:

İran müharibəsinin gedişatı ilə bağlı narahatlıqlar artır

23 mart 2026 16 baxış

ABŞ Prezidenti Donald Trampın başlatdığı İran müharibəsinin gedişatı ilə bağlı narahatlıqlar artır.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, münaqişənin üçüncü həftəsində qlobal enerji qiymətlərinin artması, ABŞ-nin müttəfiqlərdən dəstək ala bilməməsi və əlavə hərbi qüvvələrin regiona göndərilməsi vəziyyəti daha da mürəkkəbləşdirib.

Bildirilir ki, Tramp NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyinin təminində iştirak etmədiklərinə görə tənqid edib. Bununla yanaşı, o, hərbi əməliyyatların plan üzrə getdiyini iddia etsə də, analitiklər İranın müqavimətinin gözləniləndən daha güclü olduğunu qeyd edirlər.

Məqalədə vurğulanır ki, İran Körfəz regionunda neft və qaz daşımalarını məhdudlaşdırmaqla yanaşı, raket hücumlarını da davam etdirir.

Ekspertlərin fikrincə, ABŞ Administrasiyasının ən böyük səhvlərindən biri İranın cavab reaksiyasını düzgün qiymətləndirməməsi olub.

Qeyd olunur ki, Tramp hazırda iki seçim qarşısındadır: hərbi əməliyyatları genişləndirmək və ya qələbə elan edərək geri çəkilmək. Hər iki ssenarinin ciddi siyasi və hərbi risklər daşıdığı bildirilir.

Eyni zamanda müharibənin uzanması ABŞ daxilində də narazılıqları artırır. Yanacaq qiymətlərinin yüksəlməsi və yeni qoşunların göndərilməsi ehtimalı Trampın siyasi mövqelərinə təsir göstərə bilər.

Analitiklər hesab edir ki, mövcud vəziyyət ABŞ Prezidentinin həm daxili, həm də beynəlxalq səviyyədə nəzarət imkanlarının məhdud olduğunu göstərir.

Donald Trampın "xüsusi planı": İranda böyük üsyan üçün düymə nə vaxt basılacaq?

Donald Trampın "xüsusi planı": İranda böyük üsyan üçün düymə nə vaxt basılacaq?

Dünya
23 mart 2026 16 baxış
Müctəba Xameneiyə nə olub?

Müctəba Xameneiyə nə olub?

Dünya
23 mart 2026 16 baxış
Starmer İran müharibəsinin iqtisadi təsirləri ilə bağlı fövqəladə iclas çağırıb

Starmer İran müharibəsinin iqtisadi təsirləri ilə bağlı fövqəladə iclas çağırıb

Dünya
23 mart 2026 16 baxış
İran müharibəsinin aqibəti necə olacaq?

İran müharibəsinin aqibəti necə olacaq?

Dünya
23 mart 2026 16 baxış
Volodimir Zelenskinin mövqeyinin çətinləşdiyi bildirilir

Volodimir Zelenskinin mövqeyinin çətinləşdiyi bildirilir

Dünya
23 mart 2026 16 baxış
Londonda yəhudilərin 4 ambulansı yandırıldı

Londonda yəhudilərin 4 ambulansı yandırıldı

Dünya
23 mart 2026 16 baxış
İran Müdafiə Şurasından ABŞ-nin quru əməliyyatları ilə bağlı şok açıqlama - Baku TV CANLI

İran Müdafiə Şurasından ABŞ-nin quru əməliyyatları ilə bağlı şok açıqlama - Baku TV CANLI

Dünya
23 mart 2026 16 baxış
Nyu-Yorkda faciəyə səbəb olan təyyarə qəzası

Nyu-Yorkda faciəyə səbəb olan təyyarə qəzası

Dünya
23 mart 2026 16 baxış
İranla bağlı mümkün ssenarilər barədə ABŞ-yə xəbərdarlıq

İranla bağlı mümkün ssenarilər barədə ABŞ-yə xəbərdarlıq

Dünya
23 mart 2026 16 baxış
Madriddə Yaxın Şərqdə müharibəyə qarşı etiraz

Madriddə Yaxın Şərqdə müharibəyə qarşı etiraz

Dünya
23 mart 2026 16 baxış
Seçilmişlər
icon