Müctəba Xameneiyə nə olub?
"İranın yeni ali lideri Müctəba Xamenei yaralı, təcrid olunmuş vəziyyətdədir və mesajlara cavab vermir".
Bunu "The Washington Post" qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən yazıb.
Bildirilir ki, regiondakı gərginlik fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qalan ruhaniləri və liderləri ölkədə güc və nəzarətlərini möhkəmləndiriblər.
Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.
#Müctəba Xamenei teqi istifadə olunub
- Azərbaycandan İrana növbəti yardım | Xamenei söz verdi | Pezeşkiandan açıqlama - YENİ BİR SƏHƏR
- Xamenei Laricaniyə görə qisas andı verdi - Baku TV
- Müctəba Xameneinin harada olduğu barədə rəsmi açıqlama
- Bolton: "İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq"
- Oğlu və həyat yoldaşı həlak olan Müctəba Xamenei necə sağ qaldı? - Baku TV CANLI
