Pleyeri seçin:

Doğulmağın və ölməyin qadağan olduğu vahiməli şəhər | ARAŞDIRMA

11 yanvar 2025 212 baxış

Baku TV Svalbard adası haqqında araşdırma materialını təqdim edir.

Şimal Buzlu okeanda yerləşən bu arxipelaqın digər adı Şpitsbergendir. Svalbard həm də “Qiyamət günü” anbarının olduğu şəhərdir. Nuh peyğəmbərlə bağlı əfsanəyə əsasən, dünyanın ən şimal şəhərində “Qiyamət günü” anbarı tikmək fikri ortaya çıxıb. 1983-cü ildən başlayaraq norveçli mütəxəssislər “Qlobal Toxum Deposu” layihəsini həyata keçirməklə Nuhun tufanından sonrakı həyatı davam etdirən addımı təkrarlayıblar.

Şpitsbergen adasında buzlaqlar arasındakı iri bir dağın 130 metr altında – mağarada inşa edilən və 9 milyon dollara başa gələn Svalbard Qlobal Toxum Deposu 2008-ci ilin mart ayından fəaliyyət göstərir. Divarları atom bombasına qarşı davamlı olan anbarda qlobal istiləşmə, dağıdıcı fəlakətlər baş verəcəyi halda bəşəriyyətin məhv olmaması üçün dünyanın hər bir guşəsindən gətirilən 4 milyon müxtəlif bitki toxumu saxlanılır.

Bu şəhər haqqında maraqlı məqamlardan biri də Svalbardda övlad dünyaya gətirməyin mümkün olmamasıdır. Çünki buradakı xəstəxana doğum üçün nəzərdə tutulmayıb. Belə bir hal qaçılmaz olarsa, ananı helikopterlə Tromsyo şəhərinə aparırlar. Həmçinin Svalbardda dünyasını dəyişənləri də torpağa vermirlər. Səbəb isə odur ki, torpaq buzlaqlardan ibarətdir, insanlar burada dəfn olunsalar belə, şaxta torpağın altında olan hər şeyi üzə çıxaracaq. Buna görə də dünyasını dəyişənləri adadan aparırlar.

Ürəyi istəyən hər kəs Svalbarda gəlib yaşaya və işləyə bilər. Bunun üçün Şengen vizası almaq kifayətdir. 2020-ci ilin siyahıya alınmasına görə, burada 2 939 nəfər yaşayır. Svalbardda hər kəs qonaqdır. Müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşayır və bundan razıdırlar. Adətən özünü axtaran, bu dünyadakı yerini, həyatın mənasını anlamaqda çətinlik çəkənlər Svalbarda üz tuturlar. 

ABŞ-də ordu və digər sahələrdə istefaların səbəbləri - Baku TV

ABŞ-də ordu və digər sahələrdə istefaların səbəbləri - Baku TV

Dünya
03 aprel 2026 212 baxış
Şəhər PUA hücumuna məruz qaldı, ölənlər var

Şəhər PUA hücumuna məruz qaldı, ölənlər var

Dünya
03 aprel 2026 212 baxış
SEPAH 3 ölkəyə qarşı PUA hücumu həyata keçirib

SEPAH 3 ölkəyə qarşı PUA hücumu həyata keçirib

Dünya
03 aprel 2026 212 baxış
Kris Merfi Trampın İran siyasətini kəskin tənqid etdi

Kris Merfi Trampın İran siyasətini kəskin tənqid etdi

Dünya
03 aprel 2026 212 baxış
İran HHM sistemi ABŞ dronunu vurub

İran HHM sistemi ABŞ dronunu vurub

Dünya
03 aprel 2026 212 baxış
ABŞ Ukraynaya silah tədarükünə son qoyacaq?

ABŞ Ukraynaya silah tədarükünə son qoyacaq?

Dünya
03 aprel 2026 212 baxış
Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - Baku TV

Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - Baku TV

Dünya
03 aprel 2026 212 baxış
“Ukrayna və Moldova MDB-nin fəaliyyətində iştirak etmir, amma...” | Lebedevdən açıqlama

“Ukrayna və Moldova MDB-nin fəaliyyətində iştirak etmir, amma...” | Lebedevdən açıqlama

Dünya
03 aprel 2026 212 baxış
Putin Ermənistanda kimi dəstəkləyir? | “Hibrid hücumlar daha da intensivləşəcək”

Putin Ermənistanda kimi dəstəkləyir? | “Hibrid hücumlar daha da intensivləşəcək”

Dünya
03 aprel 2026 212 baxış
Kiyevin Qara dənizdəki təcrübəsi nümunə göstərildi

Kiyevin Qara dənizdəki təcrübəsi nümunə göstərildi

Dünya
03 aprel 2026 212 baxış
Seçilmişlər
icon