Dünya
Pleyeri seçin:
Donetskdə döyüşlər şiddətlənib | Ukraynada gərgin vəziyyət
Ukrayna hərbi əməliyyatlar teatrında vəziyyət getdikcə çətinləşir, Kiyev rejimi isə Qərb texnikasının yeni təchizatını gözləyir.
Bu barədə Xorvatiyanın “Advance” nəşri yazıb.
“Amma Ukrayna qüvvələri yeni silahlar almağı gözləsə də, onların düşmənləri, görünür, vaxt itirmirlər, son günlər Ukraynanın şərqində, xüsusən də Rusiya qüvvələrinin bir neçə yaşayış məntəqəsini ələ keçirdiyi Donetsk bölgəsində döyüşlər getdikcə şiddətlənir. Bir neçə gündür strateji əhəmiyyətə malik Çasov Yar şəhərinə hücumu gücləndirirlər”, – materialda deyilib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardım edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Kopyalandı
Seçilmişlər