Donetskin ən böyük kömür mədəni Ukraynanın nəzarətindən çıxdı
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətini atəşə tutması nəticəsində 6 nəfər həlak olub.
Vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, daha 10 nəfər yaralanıb.
Ukraynanın PUA hücumları nəticəsində isə Rusiyanın Vladimir vilayətində “Vtorovo” neft stansiyasında yanğın baş verib.
Ukraynanın pilotsuz sistem qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, “Transneft” zədələnib.
Bundan başqa, Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinin Proxorovka qəsəbəsində yerləşən neft bazasına da hücum edib.
“Ukrainskaya Pravda”da yayılan məlumata görə, yanğınlar qeydə alınıb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, alovun qarşısı alınıb, neft bazasında işləyənlər arasında xəsarətalan olmayıb, amma bazaya ziyan dəyib.
TASS-da yayılan məlumata görə, Rusiya ordusu Donetskdə ən böyük mədənlərdən biri olan “Pokrovskoe”ni nəzarətə götürüb.
Qeyd edək ki, “Pokrovskoye” mədəni Ukraynada metallurgiya üçün əsas kömür idxal edən müəssisədir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
