Pleyeri seçin:

Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

05 dekabr 2025 235 baxış

Dekabrın 5-i səhər saatlarında Ukrayna Ordusu dronlardan istifadə etməklə Krasnodar diyarının Temryuk şəhərindəki dəniz limanına zərbə endirib.

Hadisə nəticəsində limanda yanğın baş verib, xəsarətalan yoxdur, heyət təxliyə edilib. Rusiya Müdafiə Nazirliyi bölgə üzərində bir pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

Rusiyanın ASTRA “Telegram” kanalında verilən məlumatda isə bildirilib ki, bir qaz terminalı yanıb.

Qeyd edilib ki, mayeləşdirilmiş karbohidrogen qazı da daxil olmaqla müxtəlif növ yüklər bu limandan keçir. Bundan əlavə, Samara vilayətinin Sızran şəhərində dronlar neft emalı zavoduna hücum edib.

Bu barədə ASTRA yerli sakinlərə istinadən məlumat verib.

Sızran meri Sergey Volodçenkov şəhərə PUA-ların hücumunu təsdiqləyib, lakin zərbələrin nəticələri barədə məlumat verməyib.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Hava Hücumundan Müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 41 PUA-nı məhv edib.

Ukrayna Ordusunun canlı qüvvə itkilərinə gəlincə isə vurğulanıb ki, son bir həftə ərzində Cənub Qüvvələri Qrupunun bölmələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 1085-dən çox hərbçisi öldürülüb.

Ukrayna Ordusunun Baş Qərargahından bildirilib ki, dekabrın 5-i gecədən səhərə qədər Rusiya Ordusu 90-ı “Şahed” və digər tipli dronlar olmaqla ümumilikdə 137 PUA ilə hücum edib.

Hava Hücumundan Müdafiə qüvvələri ölkənin şimalında, cənubunda, şərqində və mərkəzində “Şahed”, “Gerber” və digər tipli PUA-ları zərərsizləşdirib. Hava hücumu Ukrayna Müdafiə Qüvvələrinin zenit-raket qoşunları, elektron müharibə bölmələri, pilotsuz sistemlər və mobil atəş qrupları tərəfindən dəf edilib.

Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Niderlandda 10 bələdiyyə 250 min avro cərimə olundu

Dünya
06 fevral 2026 235 baxış
ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

ABŞ narkotik daşıyan gəmini vurdu, 2 nəfər öldü

Dünya
06 fevral 2026 235 baxış
ABŞ geri çəkilməli oldu? - İranla danışıqlar barədə nələr gizlədilir? - Baku TV

ABŞ geri çəkilməli oldu? - İranla danışıqlar barədə nələr gizlədilir? - Baku TV

Dünya
06 fevral 2026 235 baxış
Onkoloji xəstə işdən niyə çıxarıldı? - "5 ay maaşımı kəsdi, deyir ki, yaxşı etmişəm" - Baku TV

Onkoloji xəstə işdən niyə çıxarıldı? - "5 ay maaşımı kəsdi, deyir ki, yaxşı etmişəm" - Baku TV

Dünya
06 fevral 2026 235 baxış
ABŞ Dövlət Departamenti vətəndaşlarına İrandan dərhal çıxmağı tövsiyə edib

ABŞ Dövlət Departamenti vətəndaşlarına İrandan dərhal çıxmağı tövsiyə edib

Dünya
06 fevral 2026 235 baxış
İran ABŞ ilə danışıqlardan öncə Rusiya və Çinlə məsləhətləşir

İran ABŞ ilə danışıqlardan öncə Rusiya və Çinlə məsləhətləşir

Dünya
06 fevral 2026 235 baxış
Rəsmi Kiyev Əbu-Dabidəki danışıqları konstruktiv adlandırdı

Rəsmi Kiyev Əbu-Dabidəki danışıqları konstruktiv adlandırdı

Dünya
06 fevral 2026 235 baxış
“ABŞ-ni yalnız süni intellekt və robotlar xilas edə bilər” | Mask

“ABŞ-ni yalnız süni intellekt və robotlar xilas edə bilər” | Mask

Dünya
06 fevral 2026 235 baxış
Rusiyaya məxsus bu layihənin dəyəri 12,5 milyard dollardır

Rusiyaya məxsus bu layihənin dəyəri 12,5 milyard dollardır

Dünya
06 fevral 2026 235 baxış
ABŞ və Rusiya hərbçiləri arasında dialoq bərpa olunur

ABŞ və Rusiya hərbçiləri arasında dialoq bərpa olunur

Dünya
06 fevral 2026 235 baxış
Seçilmişlər
icon