Pleyeri seçin:
Dördmərtəbəli binaya zərbə | Zərbədən sonra yanan binadan neçə nəfər xilas edildi? - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynanın Zaporojye rayonuna zərbəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Telegram" kanalındakı məlumatında bildirilib.
Qurumun məlumatına görə, zərbə dördmərtəbəli qeyri-yaşayış binasına endirilib, bundan sonra üçüncü mərtəbədə yanğın baş verib. Xilasedicilər 100 kvadratmetr sahədə baş vermiş yanğını söndürüblər.
"Qəza-xilasetmə işləri zamanı 2 nəfəri yanan binadan xilas etmək mümkün olub. Hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması davam edir", – deyə Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən qeyd olunub.
Kopyalandı
#Rusiya Ordusu teqi istifadə olunub
