Döyülən deputat hər şeyi danışdı | Rusiyada dəhşətli davanın detalları
Rusiyanın Samara vilayətində miqrantlar arasında yaranan davaya mane olmağa çalışan Dövlət Dumasının deputatı Mixail Matveyev döyülüb.
Bu barədə o, özü məlumat verib. Deputat hadisədən sonra əraziyə polis və təcili tibbi yardım çağırdığını və onların da əraziyə gec gəlməsinə görə şikayət edib.
“Yoldan keçənləri döyürdülər. Biz də bunu gördük. Sürücü ilə birlikdə dayandıq və onlara mane olmaq üçün yaxınlaşdıq. Onlar insanları çubuqla döyürdülər. Mən bayıra çıxdım, vəsiqəmi çıxardım, sadəcə "dur" dedim. Daha sonra isə dərhal başımdan zərbə aldım”, – o bildirib.
Məlumat üçün bildirək ki, Rusiyanın Kommunist Partiyası fraksiyasının üzvü olan Mixail Matveyev ksenofob və anti-İslam mövqeyi ilə tanınır. Bundan əvvəl o, İslam dinini təhqir etdiyinə görə Çeçenistanın lideri Ramzan Kadırov tərəfindən ciddi tənqid edilib. Daha sonra millət vəkili hər kəsdən üzr istəmək məcburiyyətində qalıb.
#Rusiya teqi istifadə olunub
- Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır | Hakan Fidan - Baku TV CANLI
- Türkiyə XİN-in Moskvaya sərt mesajı gündəmdə - Baku TV
- Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI
- ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI
- Brüssel Rusiyaya təzyiqi artırır? - Baku TV CANLI
