Pleyeri seçin:

Dünya böhranından faydalanan milyarderlər sərvətlərinə sərvət qatır

15 yanvar 2024 465 baxış

Dünyanın ən varlı beş adamı son illərdə xeyli zənginləşib.

Bu barədə Britaniya mərkəzli “Oxfam” mərkəzinin açıqladığı illik bərabərsizlik hesabatında qeyd olunub.

Bildirilir ki, 2020-ci ildən bəri bu milyarderlərin xalis sərvəti inflyasiya nəzərə alınmaqla 114% artaraq 869 milyard dollara çatıb. Mövcud tendensiyalar davam edərsə, dünya yaxın onillikdə özünün ilk trilyonerini görə bilər.

Eyni zamanda, qlobal miqyasda 5 milyarda yaxın insan inflyasiya, müharibə və iqlim böhranı ilə mübarizə apararaq yoxsullaşıb. Mövcud trayektoriyaya əsasən, yoxsulluğu aradan qaldırmaq üçün təxminən 230 il vaxt lazımdır.

“Tesla” və “SpaceX” də daxil olmaqla bir neçə şirkəti idarə edən İlon Mask son illərdə ən çox qazananlardan olub. Onun sərvəti 2020-ci ilin martından 737% artaraq noyabrın sonunda 245,5 milyard dollara çatıb.

Fransız lüks mallar nəhəngi LVMH-in sədri Bernar Arno və ailəsinin sərvəti 111% artaraq 191,3 milyard dollar olub.

“Amazon”un qurucusu Ceff Bezosun sərvəti 24% artaraq 167,4 milyard dollar olub.

“Oracle”ın qurucusu Lari Elisonun sərvəti 107% artaraq 145,5 milyard dollar təşkil edir.

“Berkshire Hathaway” şirkətinin CEO-su Uorren Baffet sərvəti 48% artaraq 119,2 milyard dollara çatıb.

“Oxfam”ın məlumatına görə, bütövlükdə, milyarderlərin sərvəti 2020-ci ildən bəri 3,3 trilyon dollar və ya 34% artıb və sərvətləri inflyasiya tempindən 3 dəfə daha sürətlə genişlənib.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 465 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 465 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 465 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 465 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 465 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 465 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 465 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 465 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 465 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 465 baxış
Seçilmişlər
icon