Pleyeri seçin:

Dünya ölkələrindən Azərbaycana Müstəqillik Günü ilə bağlı təbrik paylaşımları

28 may 2024 801 baxış

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə qurumun rəsmi “X” hesabında paylaşım edilib.

“Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük”, – deyə paylaşımda vurğulanıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da rəsmi “X” hesabındakı paylaşımında Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünün qeyd olunduğunu bildirərək dövlətimizə və xalqımıza daim sülh, rifah və tərəqqi arzu edib.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəsmi sosial media hesabındakı paylaşımında “Bir dəfə yüksələn bayraq bir daha enməz. Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!”, – deyə təbriklərini çatdırıb.

Okeanın o tayından da Azərbaycana təbrik mesajı gəlib. ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir ki, son 32 ildə təhlükəsizlik və enerji sahəsindəki əməkdaşlıq üzərində tərəfdaşlıq qurulan Azərbaycanla əlaqələr yüksək qiymətləndirlir.

“ABŞ Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır. Biz bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırıq. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən ABŞ-nin Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, – deyə bəyanatda vurğulanır.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə “X” hesabındakı təbrik paylaşımında Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıb.

Bununla yanaşı, Rumınıya, Qazaxıstan, Pakistan, Polşa səfirliyi də ölkəmizi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edərək sülh, firavanlıq və ən xoş arzularını çatdırıb.

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 801 baxış
"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

Dünya
16 sentyabr 2026 801 baxış
Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Dünya
16 sentyabr 2026 801 baxış
Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Dünya
16 sentyabr 2026 801 baxış
Hökumətlər yeni mənbələr axtarışındadır

Hökumətlər yeni mənbələr axtarışındadır

Dünya
16 sentyabr 2026 801 baxış
Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 801 baxış
Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 801 baxış
Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Dünya
16 sentyabr 2026 801 baxış
Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Dünya
16 sentyabr 2026 801 baxış
Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Dünya
16 sentyabr 2026 801 baxış
Seçilmişlər
icon