Əhali hansı xidmətlər üçün daha çox pul xərcləməli olacaq?
Argentinada oktyabrda qiymətlərin artımı 2,7% olub, ilin əvvəlində isə inflyasiya 107%-ə yüksəlib.
Bu göstəricilər ölkənin Statistika və Siyahıyaalma İnstitutunun yayımladığı məlumatda yer alıb.
İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin oktyabrında 2,7 %, ilin əvvəlində isə ötən ilin müvafiq ayı ilə müqayisədə 107% artıb.
Oktyabr ayının göstəricisi 2021-ci ilin noyabrından ən aşağı səviyyədə olub və inflyasiyanın artım sürətinin azalmağa başladığını təsdiqləyib. Oktyabrda qiymət artımı əsasən kommunal xidmətlər, geyim, mehmanxana və restoran xidmətlərində olub.
Qeyd edək ki, Argentina artıq bir neçə ildir, ən yüksək inflyasiya göstəricilərinə sahib ölkədir. 2023-cü ildə qiymət artımı 211,4 %, 2022-ci ildə 94,8 %, 2021-ci ildə isə 50,9 % təşkil edib.