Ekoloqlar dağıdıcı fəlakətlərin anonsunu verdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar Alp dağlarında baş verən intensiv buzlaq sürüşmələri onu deməyə əsas verir ki, dünyada ən sürətlə istiləşən qitə olan Avropa getdikcə daha təhlükəli bir yerə çevrilir.
2022-ci ildə İtaliyanın Marmola bölgəsində, 2024-cü ilin aprelində İtaliya sərhədinə yaxın Pits-Şerşen dağında və ötən həftə İsveçrənin Blatten kəndində qeydə alınan analoji hadisələr ekoloqları həyəcan təbili çalmağa vadar edib.
Onların fikrincə, bu cür böyük hadisələrin tezliyinin artması gələcəkdə daha böyük fəlakətlə üzləşəcəyimizə işarədir.
Qeyd olunub ki, temperaturun artması yeraltı qatların əriməsində, torpaq sürüşmələrində və buzlaqların irəliləməsinin sürətlənməsində əhəmiyyətli rol oynayıb.
Ekspertlərin sözlərinə görə, Blatten kəndində baş verən bənzər hadisələr nadir və istisna olsa da, vəziyyətin kritikliyi nəzərə alınmalı və qabaqlayıcı tədbirlər görülməlidir. Lakin xəbərdarlıq və hazırlıq indi həlledici əhəmiyyət kəsb edir, xüsusən də Alp dağlarında yaşayan və işləyənlər üçün.
#Avropa teqi istifadə olunub
- Putindən sərt sözlər | Müharibə ehtimalı yenidən gündəmdə - Baku TV
- Avropa ilə müharibə ehtimalına Putindən sərt cavab - Baku TV CANLI
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
- Noyabrda sifariş edilmiş neft həcmləri göndəriləcək
- Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV
