Pleyeri seçin:

Ekspertlər iqtisadiyyatın çox böyük ziyan çəkdiyini bildirir

29 iyun 2026 62 baxış

Almaniya iqtisadiyyatı istidən çox böyük ziyan çəkir.

Bunu federal ətraf mühit naziri Karsten Şnayder deyib.

Alman nazir bildirib ki, ölkə hələ də getdikcə daha tez-tez baş verən isti dalğalarına yaxşı hazır deyil və adaptasiya 20-25 il çəkəcək.

Karsten Şnayder həmçinin xəbərdarlıq edib ki, suya çıxış gələcəkdə biznes yeri seçərkən əsas amil ola bilər.

"Yeraltı su səviyyəsinin aşağı düşməsi və göllərin quruması artıq sənayeyə təsir göstərir. Bu problem xüsusilə yüksək su istehlakı olan irimiqyaslı sənaye sahələri üçün kəskindir. Bu, yalnız suyun 10 və ya 20 il davam edib-etməyəcəyi məsələsi deyil, həm də sosial qəbul məsələsidir. İnsanların qıtlıqdan qorxduqları yerdə müqavimət artır", deyə Almaniyanın federal ətraf mühit naziri Karsten Şnayder bildirib.

Qeyd edək ki, Almaniyanın Meteorologiya Xidməti ardıcıl üç gündür ki, temperatur rekordları qeydə alır. İyunun 28-də saat 16:00 radələrində Almaniya-Polşa sərhədində, Brandenburq əyalətinin Koşen yaşayış məntəqəsində 41,7 dərəcə temperatur qeydə alınıb. Meteoroloqların fikrincə, bu, son hədd deyil. Termometrlərin göstəricisi daha da yüksələ bilər.

Bundan əlavə, iyunun 28-nə keçən gecə Almaniyada meteoroloji müşahidələr tarixinin ən isti gecəsi olub. Belə ki, Şərqi Saksoniyada gecə temperatur 29,4 dərəcə təşkil edib.

#Almaniya iqtisadiyyatı teqi istifadə olunub

“Ermənistan bir gecədə Aİ ilə inteqrasiya prosesini dayandıra bilməz” | Paşinyan

“Ermənistan bir gecədə Aİ ilə inteqrasiya prosesini dayandıra bilməz” | Paşinyan

Dünya
02 iyul 2026 62 baxış
Trampın keçənilki gəliri ABŞ prezidentləri üçün görünməmiş göstəricidir

Trampın keçənilki gəliri ABŞ prezidentləri üçün görünməmiş göstəricidir

Dünya
02 iyul 2026 62 baxış
Tramp yeni təyyarəsini bəyəndi | “ABŞ beləsini hazırlaya bilməzdi”

Tramp yeni təyyarəsini bəyəndi | “ABŞ beləsini hazırlaya bilməzdi”

Dünya
02 iyul 2026 62 baxış
Tramp Panama kanalı üzərində ABŞ-nin nəzarətini bərpa etmək istəyir

Tramp Panama kanalı üzərində ABŞ-nin nəzarətini bərpa etmək istəyir

Dünya
02 iyul 2026 62 baxış
Rusiyanın itkiləri ilə bağlı diqqətçəkən hesabat

Rusiyanın itkiləri ilə bağlı diqqətçəkən hesabat

Dünya
02 iyul 2026 62 baxış
Putinlə arası soyuyan Paşinyan Avropaya qucaq açır - Baku TV CANLI

Putinlə arası soyuyan Paşinyan Avropaya qucaq açır - Baku TV CANLI

Dünya
02 iyul 2026 62 baxış
Mütəxəssislər keyfiyyətsiz üzlüklərlə bağlı xəbərdarlıq edir

Mütəxəssislər keyfiyyətsiz üzlüklərlə bağlı xəbərdarlıq edir

Dünya
02 iyul 2026 62 baxış
Milyardlarla il əvvəl yaranan kometa Günəşə tab gətirmədi

Milyardlarla il əvvəl yaranan kometa Günəşə tab gətirmədi

Dünya
02 iyul 2026 62 baxış
NASA Mars aparatından yeni məqsədlə istifadə edəcək

NASA Mars aparatından yeni məqsədlə istifadə edəcək

Dünya
02 iyul 2026 62 baxış
Avtomobillərin tullantıları insanları ölümə aparır

Avtomobillərin tullantıları insanları ölümə aparır

Dünya
02 iyul 2026 62 baxış
Seçilmişlər
icon