Pleyeri seçin:

Elmin izah edə bilmədiyi adam | Xəstə doğulub necə alim oldu?

06 aprel 2025 243 baxış

11 noyabr 1951-ci ildə Pik ailəsində ilk uşaq dünyaya gəlir. Amma məlum olur ki, uşağın beynində bir çox patologiyalar var. Hidrosefaliya, yırtıq, beyin arakəsməsinin olmaması, beyincikdə zədənin olması uşağın gələcəkdə əqli və fiziki cəhətdən qüsurlu olacağından xəbər verirdi.

4 yaşına qədər yeriyə bilməyən autizm diaqnozu olan uşaq hərf və rəqəmlərə maraq göstərməyə başlayır. Kim iki yaşınadək oxumağı öyrənir.

Bir gün atası Frensis qəzet oxuyarkən 16 aylıq oğlunun da qəzet oxuduğunun şahidi olur. Uşaq 3 yaşında ciddi kitabları asanlıqla mənimsəyir və hər səhifəni fenomenal yaddaşına həkk edərək izahlı lüğətdən mükəmməl istifadə edə bilir.

14 yaşında Kim tam orta məktəb kursunu bitirir, lakin əlil olduğu üçün ona sağlam uşaqlara verilən sertifikatı almağa icazə vermirlər.

O, dünyanın bütün telefon kodlarını, ABŞ-nin poçt indekslərini, bütün küçələrin adlarını, milyonlarla insanın telefon nömrəsini və bu nömrələrin sahiblərinin adlarını yadında saxlayır.

Xüsusi mütaliə üsulu kəşf etmiş gənc kitabın sağ səhifəsini sağ gözü ilə, sol səhifəsini də sol gözü ilə oxuyur. Kim bir vərəqi 8-10 saniyəyə, bütöv bir qalın kitabı isə 10 dəqiqəyə oxuyub bitirir.

Qəribə yerişi və davranışı olan Kim Pik 33 il tənha həyat sürür və yalnız məşhur amerikalı yazıçı, Hollivud kinossenariçi Barri Morrou ilə tanış olduqdan sonra məşhurlaşır.

Yazıçının Kim və ailəsi ilə yaxından tanışlığı “Oskar” mükafatına layiq görülmüş “Yağış adamı” filminin yaranmasına səbəb olur. İnsanlar “Yağış adamı”nın əsl qəhrəmanı ilə görüşməyə can atırlar, ona görə də Piki müxtəlif tədbirlərə dəvət edirlər.

Məşhur Kim Pikə 20 il əvvəl verilməyən orta məktəb diplomu, nəhayət ki, verilir. İnsanlar ona “Kim Püter”, “Kim Kompüter” deyirlər.

Daha dəqiq tibbi müayinə edildikdən sonra bu fenomenin autizm deyil, savant diaqnozu olduğu aşkarlanır.

Ailə həyatı qurmayan Pik həyatının mənasını mütaliədə tapır və ömrünün sonuna qədər 12 000-dən çox kitab oxuyub yaddaşında saxlayır.

Fenomenal yaddaşa malik “Yağış adamı” Kim Pik 19 dekabr 2009-cu ildə doğulduğu Solt-Leyk-Siti şəhərində 58 yaşında ürəktutmadan vəfat edir. 

Avropa döyüşə hazırlaşır? | Macarıstan Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxır - Baku TV

Avropa döyüşə hazırlaşır? | Macarıstan Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxır - Baku TV

Dünya
25 yanvar 2026 243 baxış
ABŞ Prezidentinin Davosdakı açıqlamaları Avropada narazılıq yaradıb - Baku TV

ABŞ Prezidentinin Davosdakı açıqlamaları Avropada narazılıq yaradıb - Baku TV

Dünya
24 yanvar 2026 243 baxış
İran rəsmisindən açıqlama | ABŞ-nin istənilən hücumuna  sərt cavab veriləcək - Baku TV CANLI

İran rəsmisindən açıqlama | ABŞ-nin istənilən hücumuna sərt cavab veriləcək - Baku TV CANLI

Dünya
24 yanvar 2026 243 baxış
Vaşinqton Kanadanın bu əyalətini hədəfləyir?  - Baku TV CANLI

Vaşinqton Kanadanın bu əyalətini hədəfləyir? - Baku TV CANLI

Dünya
24 yanvar 2026 243 baxış
İranlı rəsmidən Vaşinqtona sərt cavab - Baku TV CANLI

İranlı rəsmidən Vaşinqtona sərt cavab - Baku TV CANLI

Dünya
24 yanvar 2026 243 baxış
Hakan Fidan ABŞ-nin Yaxın Şərq planlarından danışdı - Baku TV CANLI

Hakan Fidan ABŞ-nin Yaxın Şərq planlarından danışdı - Baku TV CANLI

Dünya
24 yanvar 2026 243 baxış
Rakkada İŞİD-çilərin olduğu həbsxana nəzarət altına alındı

Rakkada İŞİD-çilərin olduğu həbsxana nəzarət altına alındı

Dünya
24 yanvar 2026 243 baxış
Abbas Əraqçi həlak olanların sayını açıqladı

Abbas Əraqçi həlak olanların sayını açıqladı

Dünya
24 yanvar 2026 243 baxış
Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb

Meloni Aİ liderlərini Trampa qarşı çıxmamağa inandırıb

Dünya
24 yanvar 2026 243 baxış
Vaşinqton yeni sanksiyalar elan edib | İranın 9 gəmisi siyahıda - Baku TV CANLI

Vaşinqton yeni sanksiyalar elan edib | İranın 9 gəmisi siyahıda - Baku TV CANLI

Dünya
24 yanvar 2026 243 baxış
Seçilmişlər
icon