Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir
Qarabağda yaşayan ermənilər arasında Azərbaycan vətəndaşlığını qəbul edərək yaşamaq istəyənlərin olması yeni xəbər deyil.
Hələ bir müddət əvvəl Şuşa və Xocavənd istiqamətlərində bir neçə erməni ailəsi Azərbaycan hərbçilərinə müraciət edərək vətəndaşlıq istəmişdilər. 2022-ci ildə isə bu səbəblə Prezident İlham Əliyevə müraciət etdiklərinə görə erməni fəal İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Baş Prokururluğu tərəfindən cinayət işi açılıb.
Bir neçə gün öncə də bənzər hadisə yaşanıb. Belə ki, Xankəndidə yaşayan daha iki erməni Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Məhz buna görə də Qarabağdakı separatçı rejim tərəfindən “vətənə xəyanət” ittihamı ilə həbs ediliblər. Adları açıqlanmayan şəxslər guya Azərbaycana işləyirmişlər. Yəni casusluq edirmişlər.
Bu faktlar göstərir ki, ermənilərin arasında Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər az deyil. Onlar sadəcə olaraq basqılardan, təziqlərə məruz qalmaqdan qorxduqlarından bunu asanlqla dilə gətirə bilmirlər.
#Ermənistan teqi istifadə olunub
- Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
