Pleyeri seçin:
Ermənilərin pul davası | Etirazçılar silaha əl atdı, sonra isə...
Ermənistanın Zəngəzur Mis-Molibden Zavodunda işçilər arasında kütləvi dava düşüb.
Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.
Məlumata görə, insident tətil edən işçilərlə tətilə qarşı çıxanlar arasında baş verib. Etirazçılar işə davam etmək istəyənlərə əllərində odlu silah və bıçaqla hücum ediblər.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Özlərini haqq tərəfdarı adlandıran 3 şəxs isə xuliqanlıq ittihamı ilə saxlanılıb.
Xatırladaq ki, sözügedən zavodun bəzi əməkdaşları artıq 7 gündür ki, tətilə başlayıblar. Onlar əməkhaqqının 50 % artırılmasını tələb etsə də, rəhbərlik bunu qəbuledilməz hesab edir.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA
- Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib
- Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV
- Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV
- Dövlət ittihamçısının vəsatəti təmin olundu | Keçmiş prezidentlə bağlı yeni qərar - Baku TV CANLI
